Yuxarı

Dollar “Ağ çiçəyim”i soldurdu

Dollar  “Ağ çiçəyim”i  soldurdu

Efirlər çiçəksiz qaldı

Ölkədə yaranan iqtisadi durum, manatın dollar qarşısında dəyər itirməsi, devalvasiya bir çox sahələri vurduğu kimi gül biznesini də dayandırıb. Çiçək biznesində xüsusi yeri olan “Ağ Çiçəyim” gül salonunun iflasa uğraması barədə də məlumatlar var. Hətta əvvəllər studiyaları bəzəyən “Ağ çiçəyim”in gülləri efir məkanında da gözə görünmür.

Cebhe.info məlumatı dəqiqləşdirmək üçün “Ağ çiçəyim” şirkəti ilə əlaqə saxlayıb. Söhbət əsnasında maddi sıxıntıdan əziyyət çəkdiklərini bildirən şirkət yetkilisi “Son vaxtlar devalvasiya, dolların məzənnəsinin yüksəlməsi ilə əlaqədar bir az maddi sıxıntılardan əziyyət çəkirik. Ona görə efirləri də güllə bəzədilməsini dayandırmışıq. Bunun nə vaxta qədər davam edəcəyini dəqiq deyə bilmərəm, lakin bizə may ayına qədər kritik vəziyyət olduğu bildirilib. Ola bilsin, may ayından sonra vəziyyətimiz yaxşılaşdı” deyə vurğulayıb.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları