Yuxarı

Dövlət qurumları arasında açıq savaş

Dövlət qurumları arasında açıq savaş

“Azəravtoyol” FHN-lə üz-üzə gəldi

Paytaxt Bakıya yağan güclü yağış “Azəravtoyol”(keçmiş “Azəryolservis” ASC –red) və Fövqaladə Hallar Nazirliyini üz-üzə qoyub. “Lider” TV-nin hazırladığı “Yağış yollarda ciddi problemlər yaradıb” adlı reportajında səslənən fikirlərə FHN-dən sərt cavab verilib.

“Lider” telekanalının “Səda” xəbərlər proqramı Bakı yolları haqqında reportaj hazırlayıb. Reportajın video-görüntüsü telekanalın əməkdaşı (Teymur Mərdanoğlu) tərəfindən “Facebook”da paylaşılıb və üzərində “Şəhərin ortasında bulaq qaynayır” səpkili ironik şərh verilib. Cebhe.info xəbər verir ki, FHN-nin Muğan Regional Mərkəzinin rəis müavini Tural Müseyibov jurnalistin bu şərhinə şərhlə cavab verib.

“Bəs niyə demirsən ki, yol çəkib təhvil verən və yararlılığına qol çəkən mühəndis hanı? Yol və körpü tikiləndən sonra təhvil-təslim komissiyası niyə bu problemləri nəzərə almayıb və göz yumub? Bunu da demək lazım idi. Körpü tikiləndə, yol çəkiləndə su ötürücülər olmalıdır. Mövcud kanalizasiya xətlərinin suötürmə qabiliyyəti nəzərə alınmalıdır. Bundan sonra təhvil verilə bilərdi. Amma az qala bütün körpülərin ətrafı hər dəfə yağış yağanda dənizə çevrilir. Bunun günahkarı kimdirsə, cavab verməlidir. Araşdırıb göstərmək lazımdır”, - deyə T.Müseyibov qeyd edib.

Maraqlıdır ki, sosial şəbəkədə müzakirəyə çıxarılan məsələ “Azəravtoyol” – FHN qarşıdurması kimi yox, Nəqliyyat Nazirliyi – FHN şəklində əksini tapıb. Müzakirələrə qoşulan sosial şəbəkə istifadəçiləri Nəqliyyat Nazirliyindən ayrılmasına baxmayaraq, “Azəravtoyol”un nazir Ziya Məmmədovun nəzarətində fəaliyyət göstərdiyini deyirlər.





Həftənin ən çox oxunanları