Yuxarı

Kəlbəcərsiz 23 il

Kəlbəcərsiz 23 il

 

Bu gün Azərbaycanın Kəlbəcər rayonunun işğalından 23 il keçir. Kəlbəcər 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevrilib. Kəlbəcər şəhərindəki məscid  Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb. 900 kvadratmetr sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999 ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılması prosesi başlanılıb.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları