Yuxarı

Erkin Qədirli son hadisələrin demoqrafiq izahını verdi

Erkin Qədirli son hadisələrin demoqrafiq izahını verdi

 

Real Hərəkatı Məclisinin sədri Erkin Qədirli beynəlxalq qurumlara mesaj xarakterli açıqlama yayıb. Cebhe.info xəbər verir ki, Erkin Qədirli cəbhə xəttində baş verənlərin demoqrafik izahı olduğunu qeyd edib: “Baş verənlərin demoqrafik izahı var, ya da varmış kimi görünür. Düşünün. Həll olunmamış qalan münaqişədə uduzmuş birinci nəsil bir qayda olaraq davakar olmur. Münaqişənin özü həmin nəsil üçün haradasa mənasız görünür.

"Niyə", "Biz axı dinc yaşayırdıq, iç-içə, mehriban həyatımız vardı", "Bir-birimizə pislik etmirdik", "Yaxşı qonşu olmuşuq, qarışıq nikahlara girmişik" və s. kimi nostaljidən tam ayıla bilmir birinci nəsil. Münaqişədə uduzmuş xalqın ikinci nəsli, əksinə, qəzəbli olur, münaqişəni güclə həll etməyə həvəsi oyanır, qarşı tərəflə heç bir nostalji xatirələrlə bağlı deyil”.  Erkin Qədirli buna misal olaraq iki örnək verib: “Çeçenləri Qafqazdan sürgün edəndə, həmin nəsil buna qarşı çıxa bilmədi. Amma Çeçenistana qayıtmış ikinci nəsil Rusiya ilə müharibəyə başladı. İsrailin işğal etdiyi Fələstin torpaqlarında birinci nəsil müqavimət göstərmədi. İkinci nəsil isə gücə əl atdı.Münaqişələr çox fərqlidir, amma demoqrafik dəyişikliyin davakarlığa təsiri baxımından oxşarlıqları xeyli qədərdir. Ermənilər birinci nəslin üstünlük təşkil etdiyi dönəmdə hərbi qələbələrindən siyasi fayda çıxara bilmədilər. Bizim birinci nəslimiz çox dözdü. Amma ikinci nəsil dözümlü olası deyil. Münaqişəni dinc yolla həll etmək istəyən beynəlxalq qurumlar bunu anlamalıdır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları