Yuxarı

Bakının silahlı mülki polisləri

Bakının silahlı mülki polisləri

Kimlərin silah gəzdirmək icazəsi var?

Ölkəmizdə kriminogen durumun nəzarət altında olması ilə bağlı məlumatlara baxamayaraq son günlər ölkə mediasında cinayət xarakterli xəbərlərin sayının artdığını müşahidə edirik.

Cinayətkarlıqla mübarizədə yükün bir hissəsi də mülki polis əməkdaşlarının üzərinə düşür.

Son zamanlar yayılan xəbərlər arasında mülki geyimli şəxslərin üzərlərində daşıdıqları silahı nümayişkəranə şəkildə bəlli etməsi ilə bağlı məlumatlar da var. Məlumatlara görə, bu şəxslər polis olduqlarını iddia edərək hətta silahla insanları açıq şəkildə təhdid edir.

“Polisə Dəstək İctimai Birliyinin” sədri, keçmiş polis əməkdaşı Şəmsəddin Əliyev Cebhe.info-ya açıqlamasında mülki polislərin silah daşımasna qanunun icazə verdiyini bildirib:

“Dünya ölkələrdindəki polis haqqında qanunlarında hətta bayram günləri də daxil olmaqla mülki polis əməkdaşlarına silah gəzdirməyə icazə verilir. Lakin “Bu hansı xidmətin hansı növlərinə şamil edilir?” sualına cavab vermək lazımdır. Cinayət axtarış şöbəsinin əməkdaşları daim xidməti silahdan istifadə edə bilər. Hətta onların vəsiqələrində də bu öz əksini tapr, silah saxlamasına-gəzdirməsinə icazə verilir. Eynilə ağır cinayət işləri aparan müstəntiqlərin də silah saxlamasına, gəzdirməsinə icazə verilir. O vaxta qədər ki, hökm oxunur, hətta məhkəmə prosesindən sonra da bir müddət o işin təhlükəliliyi aradan qalxana qədər onlara silah gəzdirməyə icazə verilir. Hətta gecələr də silahı özü ilə aparmağa icazələri var. Lakin bir nüansı diqqətinizə çatdırım. O silahı gəzdirməyə icazəsi olan şəxslərin həmin silahı saxlaması üçün xüsusi saxlanc yeri-seyfi olmalıdır. Yəni ki, silah uşaqlar, azyaşlılar üçün əlçatmaz olsun. Digər polis əməkdaşlarına (YPX, PPX, ÇPA) isə yalnız xidməti müddəti ərzində xidməti silah verilir”.

Həmsöhbətimiz bildirib ki, mülki polis əməkdaşları heç bir halda aşkaranə şəkildə silah gəzdirməməlidirlər:

“Nəzərə alsaq ki, polislər cinayətkarlığa qarşı mübarizə aparır və cinayətkar ünsürlər tərəfindən aqressiya ilə qarşılanır, onların silahla gəzməsi onlara qarşı aqressiyanı daha da artıra bilər. Onlara hücum oluna, silahı əlindən alına bilər, hətta daha ağır cinayətlərin baş verməsinə səbəb olar. Buna görə də mülki polis əməkdaşları icazə verilmiş olsa belə silahı üzərində hiss edilmədən, xüsusi qoburda gəzdirməlidirlər. Mülki polisin üzərində olan silah heç bir halda sezilməməlidir! Hətta ona hücum belə olunsa, o həmin qoburdan silahı çıxarana qədər xeyli vaxt əlbəyaxa mübarizə aparmalıdır. Yoxsa kəmərə silah taxıb gəzmək heç bir halda doğru deyil. Əgər bu aşkarlanarsa, müşahidə edilərsə, o zaman inzibati qaydada cəzalandırılmalıdır”.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları