Yuxarı

Vahid Qərar Şurasının ilk TOPLANTISI: Zaman açıqlandı

Vahid Qərar Şurasının ilk TOPLANTISI: Zaman açıqlandı

AXCP sədr müavini: “Məqsədimiz hakimiyyət, müxalifət və xalq arasında uçurumu aradan qaldırmaqdır”

“Vahid Qərar Şurasının İşçi Qrupunun yaradılması üçün görüşlərimiz davam edir. Bu günə qədər 60-a yaxın görüşümüz olub. AXCP-nin bu təklifi hər kəs tərəfindən müsbət qarşılanır”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Cavid Musazadə deyib. Onun sözlərinə görə, VQŞ-nin ilk iclasının iyunda keçirilməsi planlaşdırılır:

“Hal-hazırda ölkədə fəaliyyət göstərən səfirliklər, diplomatik münayəndəliklərlə müzakirələr aparırıq. Vahid Qərar Şurası təklifi müxtəlif xarici dillərə tərcümə edilib həmin qurumlara göndəriləcək. Bununla bağlı geniş müzakirələrimiz nəzərdə tutulur. İyun ayının sonuna qədər ilk iclası keçirməyi planlaşdırırıq. İştirakçıların adının həmin gün açıqlanması qərarındayıq. İntriqalar, bizimlə əməkdaşlıq edənlərə qaragüruh tərəfindən təsir olmasın deyə həmin günə qədər siyahını qapalı saxlayacağıq. Məqsədimiz hakimiyyət, müxalifət və xalq arasında uçurumun aradan qaldırılması, ağrılı problemimizlə bağlı bütün qərarlarda yekdil mövqe nümayiş etdirmək, vəhdət yaratmaqdır. İnformasiyanın bir mərkəzdən idarə olunması əsas hədəfimizdir. Torpaqlarımızın işğaldan azad olunması üçün hamı bir olmalıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları