Yuxarı

Azərbaycanlı hüquq müdafiəçiləri erməni QHT-lərə yol göstərir: Ölkədən qaçmaqda

Azərbaycanlı hüquq müdafiəçiləri erməni QHT-lərə yol göstərir: Ölkədən qaçmaqda

Ermənistan iqtisadiyyatının daxili maliyyə imkanlarının məhdudluğu, xarici kapitalın çatışmazlığı, insan kapitalının xaricə axını məsələsini gündəmə gətirmişdi. Dəfələrlə bu ölkədən Azərbaycana könüllü keçən əsgərlər, ailələr olub. Sonuncu belə fakt ötən ilin sentyabrında Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Sarkisyan rejiminin əməllərindən bezib Azərbaycana üz tutması ilə qeydə alınmışdı. O vaxtı hüquq müdafiəçiləri bildirmişdilər ki, Ermənistandan Azərbaycana könüllü keçmək üçün müraciət edən ermənilər çoxdur.

Maraqlıdır, aprelin əvvəlində başlayan 4 günlük hərbi əməliyyatlardan sonra Azərbaycana gəlmək istəyən ermənilərin sayında artım, yoxsa azalma müşahidə edilir?

İnsan Hüquqları üzrə Birgə Qrupun üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Cebhe.info-ya açıqlamasında ermənilərin ölkəi tərk etmək istəklərinin artıdğını deyib:

“Ermənistandan çox adam qaçıb. Doğrudan da Ermənistanda bizimlə əlaqə saxlayan QHT nümayəndələrinin hamısı ölkəni tərk edib başqa ölkələrə gediblər. Onlar bizdən kömək istəyirdilər. Biz müraciət edənləri BMT-yə və başqa beynəlxalq təşkilatlara yönləndiririk. Həmin ermənilərə yol göstərdiyimiz üçün bizə təşəkkür də edirlər. Çünki Ermənistanda onlara yol göstərən yox idi”.

Novella Cəfəroğlu hazırda Azərbaycandan nə qədər erməninin sığınacaqda olduğu barədə məlumatsız olduğunu bildirib:

“Məlumdur ki, sonuncu dəfə Azərbaycana "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan gəlmişdi. O, üçüncü ölkəyə göndərildi. Amma buna baxmayaraq o, bizimlə işləyir. Vaan Martirosyan iyunun 2-də “Skaype”la Ermənistandakı "Metsamor” atom elektrik stansiyanın həm erməni millətinə, həm də regiona zərərləri barədə danışdı”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları