Yuxarı

Əli Kərimlinin Avropada sığınacaq biznesi

Əli Kərimlinin Avropada sığınacaq biznesi

“Özünü AXCP sədri adlandıran Əli Kərimli, “Azərbaycan Saatı” verilişinin aparıcısı Qənimət Zahid, verilişin aparıcı jurnalisti Fikrət Hüseynli və Kərimlinin Avropa qoçularından ibarət cinayətkar dəstəsi insan alverilə məşğul olur”.

Bu fikirləri Cebhe.info Avropada yaşayan soydaşımız Fuad Ağayev bildirib.

Onun sözlərinə görə, Fikrət Hüseynli ilə əlaqədar 4 fərqli məlumatlar var: “Bu faktlar səs yazıları, sənədlər və müxtəlif yazılaşmalardan ibarətdir. Bu barədə geniş məlumatı yaxın zamanda mətbuata təqdim edəcəyik. İndilik isə onu bildirim ki, Azərbaycanda hakimiyyətə özlərinə layiqli alternativ hesab edən və bu müddət ərzində özlərini və tərəfdarlarını zəlil, rüsvay edən Əli Kərimli və onun yaxın tərəfdarları Avropada insan ticarəti ilə məşğul olurlar. Bu cinayətkar dəstənin başında isə Azərbaycanda Əli Kərimli, Avropada isə Qənimət Zahid durur.

Belə ki, Azərbaycanda yalançı müxalifətçilik oynayan bu dəstə üzvləri, xarici ölkəyə mühacirət etmək istəyən vətəndaşlara müəyyən məbləğ qarşılığında saxta sənədlər verərək, bəzi insanların mühacirətə getməsinə “kömək” edirlər.

Müxalifət sözünün mənasını bilməyən insanlara Avropada yaxı həyat vədd edərək aldıqları məbləğ qarşılığında Avropaya mühacirətə göndərirlər”.





Həftənin ən çox oxunanları