Yuxarı

“Elçibəy xalqın sığındığı lider idi”

“Elçibəy xalqın sığındığı lider idi”

AXCP Fəxri Xiyabanda Əbülfəz Elçibəyi ziyarət etdi.

Tədbirdə çıxış edən AXCP sədri Razi Nurullayev qeyd edib ki, Azərbaycanın müstəqilliyi məhz Əbülfəz Elçibəyin adı ilə bağıdır. O, xüsusi olaraq vurğulayıb ki, rəhbərlik etdiyi partiya Əbülfəz Elçibəy ideallarının davamçısıdır:

İFA-nın tədbirindən sonra AXCP və tədbir iştirakçıları Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Tədbir iştirakçıları Əbülfəz Elçibəyin məzarına gül dəstələri düzərək, ruhuna dualar oxuyublar. Anım mərasimində AXCP sədri Razi Nurullayev Əbülfəz Elçibəy idealları və onun davamçıları haqqında danışıb.

“Əbülfəz Elçibəy haqqında səslənən fikirlərdə onun böyük və dahi bir şəxsiyyət olduğunu hər zaman vurğulanır. Bizim üçün Əbülfəz Elçibəyin ruhunu şad etmək vacibdir. Bu zərurətdir və biz onun bizə qoyub getdiyi vəsiyyətlərinə əməl etməliyik. Hər bir xalqın bir ümummilli, sığındığı lideri olur. Bizim də sığındığımız lider Əbülfəz Elçibəydir. Onun üçün də Əbülfəz Elçibəyin bizə miras qoyub getdiyi ideallarını həyata keçirmək üçün çalışırıq, daima da çalışacağıq. Azərbaycan xalqı özün tam müstəqilliyini, xoşbəxtliyini o zaman əldə edəcək ki, Əbülfəz Elçibəyin miras qoyub getdiyi ideallar həyata keçirilmiş olsun. Hər bir partiyanın arxasında dayanan güclü bir şəxsiyyət olmalıdır. Azərbaycanın həyatında olan pariyalardan hansı ki, özünə bir lider, ideoloji xətt seçibsə o yaşayacaq. Əbülfəz Elçibəyin qoyub getdiyi partiya da yaşayacaq. Türkiyəyə nəzər salsaq görərik ki, CHP, MHP hər zaman yaşayır. Onlar bu gün fəaliyyət göstərən sədrə görə partiya deyillər. Onların bağlı olduğu bir ideologiya var. Azərbaycanda çox tək-tək partiyalarda bu var. Bunlardan bir də Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Azərbaycanda daim Əbülfəz Elçibəyin ideologiyasını özündə yaşadan partiyalar yaşayacaq. Bu hər zaman da belə olacaq. Mən hesab edirəm ki, Türkiyədə Ərdoğan əgər hakimiyyətdən gedərsə AKP 10-15 yerə parçalanacaq. Mənim üçün AKP-nin bir ideoloji bağlılığı yoxdur. Amma Azərbaycan Xalq Cəbhəsi üçün Əbülfəz Elçibəy var və nə qədər ki, partiya onu özünə lider seçirsə, onun idealları ilə yaşayırsa, o da yaşayacaq və arzularını həyata keçirəcək. Biz arzu edirik ki, bu gün də Əbülfəz Elçibəyin arzularını həyata keçirək və onun da ruhunu şad edək. Böyük liderə, öndərə Allahdan rəhmət diləyək və ruhu şad olsun”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları