Yuxarı

“Əli qana batmış həkimlər niyə cəzalandırılmır?”

“Əli qana batmış həkimlər niyə cəzalandırılmır?”

“Azərbaycan səhiyyəsinin bugünkü vəziyyəti qəssabxananı xatırladır. Burada həkimlər həyat bəxş etmək əvəzinə, can almaqla məşğuldurlar. Buna müəyyən zamanlarda səhiyyəmizdə baş verən hadisələr sübutdur”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədr müavini Ehtiram Mehtiyev deyib. Sədr müavini qeyd edib ki, səhiyyə işçiləri insan həyatı ilə istədikləri kimi davranırlar:

“Salyan rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində elektrik enerjisinin kəsilməsi nəticəsində iki körpənin ölməsi səhiyyəmizin əsl üzünü göstərdi. Tələf olan uşaqların ailə üzvlərinin sözlərinə görə, doğuş normal keçib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır. Belə faktlar kifayət qədərdir. Baxın, insan taleyi sanki bir alətdir. İstədikləri kimi davranıb, öldürə də bilirlər, yaşada da. Hətta imkanın olmasa “Allahın işinə” də qarışa bilirlər. Dəfələrlə həkim səhlənkarlığı, keyfiyyətsiz və bahalı dərman preparatları, savadsız kadrlar, yanlış diaqnoz və səhv müalicələr nəticəsində insan həyatının itirildiyinin şahidi oluruq. Bu cür xoşagəlməz hadisələrin qarşısı niyə alınmır? Əli qana batmış həkimlər niyə cəzalandırılmır? Niyə məmləkətin problemləri bitmək bilmir...”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları