Azərbaycan təhsil sistemi tələbəyə nə verir? Nəzəriyyələrdən savayı demək olar ki, heç nə. Valideyn illik 2000-3000 manatadək təhsil haqqı ödəyərək övladının gələcəkdə bir peşəyə sahib olmasını istəyir. Bu məbləği ödəmək üçün isə bəzən tələbə də valideyninə dəstək olur, günün bir hissəsini iş başında keçirir. Yorğun-arğın hər hansı dərsi mənimsəməkdən söhbət belə gedə bilməz. Nə fiziki, nə də zehni yorğunluq buna imkan verir. Təhsil sistemindəki kreditlərlər sırasına daha biri əlavə olunur. Yataqxana krediti… Azərbaycanda tələbələr üçün pullu yataqxanalar yaradılacaq. Təəssüflər olsun ki, neft və milyonlar ölkəsində yüksək təhsil haqqı ödəyən tələbələrə pulsuz yataqxana yoxdur. Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı da mediaya açıqlamasında deyib ki, yeni yaradılan yataqxanalarda yalnız məsrəfləri qarşılaya biləcək tələbələr məskunlaşacaq: “Hələlik ki, bu yataqxanaların qiymət civarı bəlli deyil. Yataqxananın tikintisi üçün Nəsimi rayonu ərazisində yerləşən 6 yataqxana artıq sökülüb”. Bu arada isə tələbələr veriləcək kreditlərə yataqxana kreditinin də əlavə olunacağı bildirlib. Məsələ ilə bağlı münasibət bildirən iqtisadçı ekspert, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli bu addımla təhsil sisteminin çökəcəyini proqnoz edib: “Təhsil haqqı yüksək, keyfiyyət isə aşağıdır. Təhsil haqqı ilə yanaşı tələbələr üçün normal mənzil şəraitinin yaradılması da bu gün böyük problemə çevrilib. Ya universitetlər öz büdcələri hesabına yataqxanalar yaratmalı, ya da ki dövlət bu məsələni nəzarətdə saxlayaraq müəyyən işlər görməlidir. Tələbələrin mənzil problemləri həllini tapmalıdır. Dünya Sosioloji Araşdırmalar Mərkəzi də göstərir ki, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması onların keyfiyyətli təhsilinə zəmanət verir. Azərbaycanda aşağı səviyyədə olan təhsilə məişət qayğılarının əlavə olunması tələbəni mənəvi olaraq daha çox yükləyir. Nəticə etibarı ilə tələbənin təhsildən diqqəti yayınır”. N.Cəfərlinin sözlərinə görə, bir çox ölkələr təhsildə yataqxana problemini aradan qaldırmaq üçün kampus rejiminə keçib: “Təhsil sisteminin ən böyük problemlərindən biri də tələbə yataqxanalarının olmamasıdır. Bir çox ölkələr təhsil sistemində bu kimi problemləri aradan qaldırmaq üçün kampus rejiminə keçib. Onlar təhsil almaqla yanaşı orada pulsuz yaşayırlar. Dərsdən sonra yığışıb müəyyən diskussiya, mütaliə edir, yeni nələrsə kəşf edirlər. Türkiyə və Gürcüstan da hazırda bu rejimə keçməyə hazırlaşır. Rustavi ərazisində böyük universitetlərin kompleksi tikilir. Bu tikinti işlərinə təxminən 1 milyard ayrılacaq. Azərbaycan hələ ki, bu rejimə keçməklə əlaqədar hər hansı addım atmayıb”. N.Cəfərlinin sözlərinə görə, 90-cı illərdə bəlli səbəblərlə əlaqədar yataqxanalar qaçqın və məcburi köçkünlərə verildi. Sonradan qaçqın və köçkünlərin bu məkanlardan köçürülməsi prosesi başlanılsa da proses hələ də yekunlaşmayıb. Nigar Məhərrəm
- Ana səhifə
- Cəmiyyət
- 2 min manatlıq təhsildə kreditli yataqxana: Valideynlərə bir də yataqxana borcu yazılacaq
2 min manatlıq təhsildə kreditli yataqxana: Valideynlərə bir də yataqxana borcu yazılacaq
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi