Yuxarı

Cahangir Hacıyev kimləri hədəfə alıb?

Cahangir Hacıyev kimləri hədəfə alıb?

Sabiq bankir Eldar Mahmudovun dili ilə danışır Oktyabrın 10-da “Beynəlxalq Bank işi”nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə bankın sabiq rəhbəri Cahangir Hacıyev son sözlə çıxış edib. C.Hacıyev çıxışında istintaqın düzgün aparılmadığnı və özünün də istintaqdan yayınmayaraq həqiqətlərin açılması üçün bacardığını etdiyini söyləyib: “Bu iş 1 il 6 aydır davam edir. Xaricdə olsam da qayıtdım”. Cahangir Hacıyev cinayət işinin özünün müavini olmuş Emin Mustafayevin ərizəsi əsasında açıldığını və onun kimlərsə tərəfindən idarə olunduğunu bildirib.Əvvəlki proseslərdə də olduğu kimi, C.Hacıyev yenə də maliyyə nazirini ittiham edib. Hələlik bütün ittihamların bir şəxsə - özünə ünvanlandığını deyən sabiq bank rəhbəri “bu günün sabahı da var” deməklə gündəmə öz damğasını vurdu. Son sözünün davamında Böyük Britaniyada yaşayan arvadının arxasınca əməliyyat qrupunun göndərilməsi haqda danışan C.Hacıyev bunları əlavə edib: “Prokurorluğun, bir də “Bandotdel”in əməkdaşlarından ibarət bığıburma kişilər burdan durub Londona getdilər. Nə edə bildiniz? Kimisə gətirə bildiniz? 2005-ci ildə də Hacı Məmmədov məsələsində bu cür yollarla məndən 20 milyon pul istəmişdilər”. Samir Şərifovun hədəfə gətirilməsinin sirri Cahangir Hacıyev işlənmiş cinayətin açılması üçün əlindən gəldiyini etdiyini diqqətə çatdırdı. Bu, onun təzyiq altında olduğunu göstərir. Digər yandan bu ifadədən çıxan məntiq budur ki, cinayətin işində daha böyük və nüfuzlu adlar var və Canahgir Hacıyev sirri açıqlamaqdan qorxur. Təbii ki, onun üstüörtülü danışmağa vadar edən səbəb də həmin şəxs, yaxud şəxslərin təzyiqləri, təhdidləridir. Keçmiş bankir hələ ki, maliyyə naziri Samir Şərifovun üzərində dayanır. Cahangir Hacıyevin hər məhkəmə prosesində Samir Şərifovu hədəfə gətirmək cəhdlərinin arxasında başqa sirr var. Vaxtilə bir sıra media qurumlarında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin başçısı Eldar Mahmudov cinayətlərinin açılmasında Samir Şərifovun rolundan bəhs edən məlumatlar yayıldı. Gələn məlumatlara görə, maliyyə naziri Eldar Mahmudov və Akif Çovdarov cinayətlərini məhdud çərçivədə açıb. Təbii ki, bu məlumatların yayılmasından sonra MTN şəbəkəsinin mətbuatdakı agenturası fəallaşdı və Samir Şərifovun 5 dövlətin agenti olması barədə iddialar qaldırdı. Məsələ uzun zaman müzakirə olundu. Keçmiş bankiri kim qorxudur? Hələ yenicə Beynəlxalq Bankdan külli miqdarda maddi vəsaitlərin mənimsənilməsi faktı ifşa olunanda, məsələ Eldar Mahmudov - Akif Çovdarov cinayətkar şəbəkəsinin sahibkarlardan təzyiq və təhdidlərlə pullar almasına bağlanıldı. Baş verənlərdən çıxan məntiq budur ki, Eldar Mahmudov öz cinayətlərini Cahangir Hacıyev vasitəsilə Samir Şərifovun adına yazıb ondan öz qisasını almağa, həm də dolayı yolla özünə yönələn ittihamlardan yaxa qurtarmağa çalışır. Keçmiş bankirin özü də son məhkəmə prosesində ailəsi və yaxınlarının təhdid olunduğunu diqqətə çatdırdı, lakin bu təhdidin mənbəyinin üzərindən səthi keçdi. Görünən budur ki, Eldar Mahmudov Cahangir Hacıyevi susması və cinayətləri başqa bir adlara yönəltmək üçün şantaj edir. Hacı Məmmədov məsələsi Beynəlxalq Bankdan külli miqdarda maddi vəsaitlərin mənimsənilməsində DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, cinayətkar Hacı Məmmədovun adının hallandırılması da bundan xəbər verir. C.Hacıyev diqqətə çatdırdı ki, vaxtilə H.Məmmədov işinin açılması üçün ondan 20 milyon dollar istəyiblər. Hacı Məmmədov vaxtilə məhkəmə proseslərindən birində özünün yaratdığı cinayətkar şəbəkədən daha güclü dəstənin, mafiyanın olduğunu diqqətə çatdırmışdı. Əlbəttə, o, Eldar Mahmudovun yaratdığı cinayətkar şəbəkəni nəzərdə tuturdu. Çünki cinayət meydanında həmin vaxt əsas rəqibi Mahmudov idi. Məlumdur ki, Hacı Məmmədovun həbs olunmasından sonra onun gördüyü işləri (şantaj, qorxu və təhdidlə sahibkarlar, iş adamları, dövlət adamlarından pul almaq) Eldar Mahmudov və müavini Akif Çovdarov davam etdirdi. Canahngir Hacıyevin də iddiasından çıxan məntiq budur ki, o, Eldar Mahmudova Hacı Məmmədovu zərərsizləşdirmək üçün təzyiq və şantaj altında maddi yardım göstərib. Təbii ki, bu məsələdə o, Eldar Mahmudovun adını çəkmir və bunu da keçmiş MTN “şefi”nin konflikti olduğu qurumlara yönəldir. Mövzunu davam etdirəcəyik. Əfqan  





Həftənin ən çox oxunanları