Yuxarı

AXCP-nin bütün rayon şöbələrində gənclər komitəsi yaradılır

AXCP-nin bütün rayon şöbələrində gənclər komitəsi yaradılır

Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) bu gün Bakı və ətraf rayonların nümayəndələrinin növbəti toplantısı keçirilib. Toplantıda AXCP sədrinin müavinləri və partiya funksionerləri iştirak edib. Cebhe.info-nun məlumatına görə, bugünkü tədbirdə müzakirə edilən əsas məsələ AXCP-nin bütün rayon şöbələrində gənclər komitələrinin bərpası ilə bağlı olub. Təşkilati işlərdə aktivliyin artırılması, bütün rayon şöbələrində gənclər komitəsinin yaradılmasının əsas müzakirə mövzusu olduğu iclasda partiya funksionerləri şöbə sədrlərinə müvafiq tapşırıqlarını çatdırıblar.  





Həftənin ən çox oxunanları