Mebelləri sökdük və 40 tabut düzəltdirdik Xəbər verildiyi kimi, Bakı Biznes Universitetində dərs deyən tanınmış alim, professor, 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri Qüdrət Əbdülsəlimzadə dərs zamanı auditoriyada dünyasını dəyişib. 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədr müavini olmuş Şakir Ağayev Cebhe.info-ya Qüdrət Əbdülsəlimzadə ilə bağlı xatirələriin bölüşüb. O deyib ki, Qüdrət Əbdülsəlimzadə xalqı, milləti üçün çox fədakar və mübariz şəxs olub: “Bir az olar onun ölüm xəbərini eşitdim. Çox üzüldüm. Allah ona rəhmət eləsinQ O vaxt Qüdrət Əbdülsəlimzadə, Xaləddin Xəlilov və mən əsasən bir yerdə olmuşuq. Qüdrət müəllim də bizim rəhbərimiz olub. 40 gün şəhidlərinin dəfn işlərini biz aparmışıq. O zamanlar taxta da yox idi. Çünki Xaləddinlə mən Allahşükür Paşazadənin qəbulunda olanda o dedi ki, tabutsuz bu dəfn mərasimi mümkün deyil. Dedim mən düzəldəcəyəm. Gecə ilə gəldik müəyyən mebelləri sökdük və 40 tabut düzəltdirdik. Səhər çatdırdıq və o tabutların hesabına bizim şəhidlərimizin dəfn mərasiminə şərait yaratdıq. Qüdrət Əbdülsəlimzadə çox dəyərli, millətini, xalqını sevən bir şəxs olub”. Şakir Ağayev o dövrdəki fəaliyyətləri zamanı üzləşdikləri çətinliklərdən də söz açıb: “Rus imperiyasının qoşunları oranı mühasirəyə almışdı. Qüdrət müəllim öz çıxışı ilə onları darmadağın etdi. Hətta bir nəfər Prezident Aparatından Qüdrət müəllimə yaxınlaşıb dedi ki, siz burada qəzaya düşən insanları dəfn edirsiz. Dedi ki, məni Ayaz Mütəllibov göndərib və ağır söyüşlərlə bizi təhqir etdi. Sonradan bəyan oldu ki, mən Xırdalanda şəhidlərə tabut düzəltmişəm. Elə həmin gecə rus imperiyasının qoşunları mənim “Laçın ” kiçik müəssisəmə od vurub yandırdı. Hər gün milyonlarla insan şəhidləri ziyarətə gəlirdi. Təxribatların qarşısını almışıq. Qüdrət müəllimin ağıllı çıxışları ilə biz baş verə biləcək təxribatları dəf edə bilmişik”. Alçina Amilqızı
- Ana səhifə
- Cəmiyyət
- Universitetdə ölən professoru belə xatırlayırlar
Universitetdə ölən professoru belə xatırlayırlar
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi