Son günlər təqaüdçülər təqaüdləri vaxtında ala bilmədiklərindən şikayətlənir. Onların sözlərinə görə, pensiyaların verilməsində gecikmə müşahidə olunur. Cebhe.info Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Elman Babayevdən məsələyə münasibət öyrənib. “Azərbaycanda pensiyaların etibarlı maliyyə təminatı sistemi mövcuddur və cari ilin ötən dövründə əmək pensiyalarının müvafiq qrafik əsasında maliyyələşdirilməsi vaxtı-vaxtında yerinə yetirilib. Hər ayın 20-25-dən gec olmayaraq, pensiya vəsaitlərinin əmək pensiyaçılarının şəxsi hesablarına köçürülməsi tam təmin edilib”,- deyə nazirlik rəsmisi bildirib. E.Babayev bu ay da respublikada əmək pensiyalarının qrafikdə nəzərdə tutulduğundan əvvəl maliyyələşdirilməsi işlərinin aparıldığını deyib: “Bakı, Naxçıvan, Sumqayıt, respublika tabeli digər şəhərlərdə, o cümlədən məcburi köçkünlərin məskunlaşdığı rayonlarda oktyabr ayı üçün bütün pensiyaların maliyyələşməsi vaxtından əvvəl başa çatdırııb. Yaxın bir neçə gündə isə artıq bütün bölgələr üzrə pensiyaların maliyyələşdirilməsi tam başa çatacaq. Yayılan məlumatlar cəmiyyəti çaşdırmağa yönələn əsassız şayiədən başqa bir şey deyil”. Nigar Məhərrəm
- Ana səhifə
- Cəmiyyət
- Pensiyalar niyə gecikdirilir? - “Cəmiyyəti çaşdırmağa yönələn şayiə...”
Pensiyalar niyə gecikdirilir? - “Cəmiyyəti çaşdırmağa yönələn şayiə...”
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi