Yuxarı

Akif Çovdarovun saxlandığı təcridxanada qalmaqal

Akif Çovdarovun saxlandığı təcridxanada qalmaqal

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun saxlandığı təcridxanada qalmaqal yaşanıb. Cebhe.info xəbər verir ki, bu barədə A.Çovdorovun vəkili Kamandar Nəsibov deyib.

Vəkil bildirib ki, A.Çovdarovun səhhətində yaranan problemlərin müalicəsinə süni problem yaradılıb: “Oktyabrın 24-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Akif Çovdarovla görüşdük. Bizə zəng elədi ki, təcili görüşə gedək. Bizimlə danışanda bildirdi ki, şənbə və bazar günləri səhhəti ağırlaşıb. Buna səbəb isə yanında gələn həkim- kardioloq Natavan Qurbanova ilə yaranan qalmaqal olub. Natavan Qurbanova ona sağlam olması barədə arayış yazıb, Akif Çovdarov isə bu arayışın həqiqəti əks etdirməydiyini deyib və arayışı cırıb. Bundan sonra o, özünü pis hiss dib, təcili yardım çağırlmasını istəsə də həkim çağırılmayıb. 50 manata dərman aldırıb və 2 gün həmin dərmanla dözüb. Birinci gün mənə zəng edib və biz təcili təcridxanaya getmişik. Akif Çovdarov bildirdi ki, passiv hərəkətlərlə onun ölümünə nail olmaq istəyirlər. Buna görə də etiraz əlaməti olaraq bu gün səhər saat 9-dan etibarən aclıq aksiyasına başlayıb. Dərman qəbul etməkdən də imtina edib”. Vəkil onun da bildirib ki, Akif Çovdarov məhkəmədə agentura şəbəkəsinə ayrılan pullar istisna olmaqla bütün digər epizodlar üzrə ifadə verəcək.

Eldar Mahmudov Akif Çovdarovun cinayət işi üzrə ifadə verməyib

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin barəsində olan cinayət işi üzrə şahidlərin siyahısında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı yoxdur. Bu barədə onun vəkili Kamandar Nəsibov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Vəkil qeyd edib ki, həmin cinayət işi üzrə aparılan istintaq zamanı Eldar Mahmudov ifadə verməyib. K. Nəsibov məhkəmə tərəfindən A. Çovdarovun ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyulduğunu da bildirib.

Qeyd edək ki, Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, digər təqsirləndirilənlər Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.





Həftənin ən çox oxunanları