[caption id="attachment_481" align="alignright" width="267"] Tofiq Abbasov: “Suriya böhranında dönüş yaranarsa, digər qaynar istiqamətlərdə də vəziyyət köklü sürətdə dəyişilə bilər”[/caption] Dünyada gedən siyasi proseslər, artan gərginlik, münaqişə ocaqlarının getdikcə çoxalması 3-cü dünya müharibəsi ehtimalını artırır. Qərb, xüsusən ABŞ bir qütblü dünyanın tam formalaşmasını, Rusiyanın zəiflədilməsini və proseslərə təsir imkanının azaldılmasına çalışır. Təbii ki, iqtisadi cəhətdən Qərblə ayaqlaşa bilməyən, bir çox sahələrdə Qərbə uduzan Rusiya daha aqressivləşir və çıxış yolunu ənənəvi KQB üsullarında – təxribatlarda görür. Ukraynada baş verən hadisələr, Krım məsələsi uduzmqqda olan Rusiyanın hətta dünyanı qarışdırmaq üçün hər şeyə gedəcəyi görüntüsünü ortaya qoydu. Suriya məsələsi isə daha ciddi xarakter almağa başlayıb. Bir çox ekspertlərə görə, 3-cü dünya müharibəsinin baş verməsi Suriya problemindən asılıdır. Yəni bu istiqamətdə atılan addımlarda Krımdan fərqli olaraq Suriya dönüş nöqtəsi hesab olunur. Rusiyanın Suriyaya silah sursat göndərməsi, Amerikanın isə Əsədlə bağlı konkretliyi prosesləri dünya üçün təhlükəli mərhələyə daşıyıb. Qeyd edək ki, Rusiyanın Suriyaya göndərdiyi qırıcı-bombardmançı təyyarələrin 12 ədədi Su-24, 12 ədədi Su-25, 4 ədədi isə "Flanker" tiplidir. Bu arada ABŞ -da səssiz qalmayıb. ABŞ Almaniyada ərazisində 20 ədəd yeni tipli atom bombası yerləşdirməyə hazırlaşır. Bu bombaların hər birinin gücü Hirosimaya atılan bombadan 80 dəfə çoxdur. Bəzi politoloqlar son prosseslərdən sonra ABŞ və Rusiyanın toqquşmasının qaçılmaz olduğunu deyirlər. Belarus prezidenti Lukaşenko da 3-cü dünya müharibəsinin anonsunu verib. Lukaşenkonun fikrincə, əgər Ukraynanın şərqindəki– Donbasdakı qan tökülməsinin qarşısı alınmasa, bu 3-cü dünya müharibəsi ilə nəticələnə bilər. Lukaşenko bu xəbərdarlığı BMT Baş Assambleyasının sammitindəki çıxışında deyib. “Ukrayna böhranı... Əgər Avropada qan tökülməsini dayandıra, qardaş qırğının qarşısını ala bilməsək, bütün sivilizasiyalı dünya üçün çox qaynar olacaq. Məni bağışlayın, qlobal münaqişəyə doğru daha bir addım atırıq, ola bilsin ki, yeni dünya müharibəsi baş versin” , - Lukaşenko deyib. Lukaşenko hesab edir ki, dünya BMT-nin Baş Assambleyasının 70-ci sessiyasına son 30 ildə heç vaxt indiki kimi olmayan parçalanmış şəkildə toplaşıb: “Planeti çoxsaylı hərbi münaqişələr, terror aktları silkələyir. Faciəlidir ki, qlobal təhlükənin artması adekvat cavabını almır”. Rusiya prezidenti Vladimir Putin isə CBS və PBS telekanallarına müsahibəsində bildirib ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin devrilməsində ABŞ-ın birbaşa rolu var”. “Birləşmiş Ştatlardakı tərəfdaşlarımız prezident Yanukoviçə qarşı çıxan qüvvələri dəstəklədiklərini gizlətmirlər”, - deyə o vurğulayıb. Rusiya prezidenti, həmçinin, Yanukoviçin hakimiyyətdən getməsi üçün kimlərin, harada və nə vaxt görüşməsi, onlara necə dəstək verilməsi, nə qədər məbləğ ödənilməsi kimi məlumatlara malik olduğunu diqqətə çatdırıb. Göründüyü kimi, dünyanın aparıcı güclərinin cıxdığı yeni siyasi xəritə, və fövqəldövlətlərin liderlərinin çıxışları təhlükəli durum yaradıb. Politoloq Tofiq Abbasovun fikrincə, yeni qlobal müharibənin başlanması bir neçə amillə şərtlənir: “Mütəxəssislər düzgün qeyd edirlər ki, beynəlxalq xaosun durmadan artması, öz çənginə yeni-yeni regionları alması əvvəl-axır böyük fəlakətlə nəticələnəcək. Lakin dünya liderləri bir o qədər də laqeyd deyillər ki, real təhlükəni nəzərə almasınlar. Düzdür, bu da bir həqiqətdir ki, güclülər çətinlik və münaqişlərdən heç vaxt çəkinmirlər. Əksinə, onların peyda olmasına hətta dəstək verirlər. Çünki problemli vəziyyətlərin yaranması onlara imtiyazlar gətirir. Həmin bölgələrə müdaxilə etmək, onların perimetrində öz maraqlarını yerləşdirmək, problemlərdən instrument kimi istifadə etmək - bunlar hamısı dünya təcrübəsində təsdiqini tapmış məqamlardır. Lakin bəzən belə də olur ki, güclülər də öz imkanlarını həddindən artıq qiymətləndirib, sonda nəqarəti irtirib geri çəkilməli olurlar”. Onun fikrincə, indi Suriya ətrafında müşahidə olunanlar məhz buna oxşar mənzərəni xatırladır: “Xeyli vaxtdır ki, Amerikanın İslam dövlətinə qarşı yaratdığı beynəlxalq koalisiya, demək olar ki, vaxtı ötürməklə məşğul olurdu: “Hətta bəzi ölkələrin kəşfiyyat mənbələri bildirirdilər ki, ən təhlükəli səhra komandirlərinin yerləri tam bəlli olduğu halda koalisiya təyyarələri lazımsız nöqtələri bombalayıb geri qayıdırdılar. Məlum olurdu ki, cihad elan etmiş qüvvədən bəzi məmləkətlər öz maraqları naminə istifadə etməyə çalışırdılar. Elə ki, Rusiya bu prosesə qatılıb bir məqəsəd kimi İslam dövlətinə qarşı müharibə elan edəcəyini bəyan etdi, Vaşinqtonun mövqeyi köklü sürətdə dəyişdi. Artıq Angela Merkel, Devid Kameron və digərləri bildirirlər ki, Rusiya ilə İranın islam terroruna qarşı mübarizədəki iştrakı qaçılmazıdr. Bu onu göstərir ki, odlu münaqişələrlə oyunbazlıq etmək son dərəcə təhlükəlidir. Əgər radikal islamçılarla (İŞİD-lə) bağlı ciddi mübarizə aparılmasa onda Yaxın Şərqlə bərabər bütün dünya problemli vəziyyətə qərq ola bilər”. Onun bildirdiyinə görə, Moskva həm də bildirdi ki, dünya nizamında birqütblük dövrü sona yetdi: “Əgər bir fövqəlgüc böyük problemin yükünü üzərinə götürüb onun öhdəsindən gələ bilmirsə, deməli həmin qütbə kömək etmək lazımdır. Əlbəttə ki, Amerika özünün hegemonluğunu itirmək istəmir. Lakin, əgər geosiyasi inhisar fəsadlar törədirsə, onda digər qütblər lal-dinməz otura bilməzlər. Çox guman ki, Suriya böhranında əgər çoxdan gözlənilən dönüş yaranarsa, onda digər qaynar istiqamətlərdə də vəziyyət köklü sürətdə dəyişilə bilər. Elə Qarabağ münaqişəsində də vəziyyət Ermənistanın oyunbazlığı nəticəsində divara dirənib. Beynəlxalq dairələr astagəllik nümayiş etdirməklə səhlənkarlğı normaya çeviriblər. Ola bilsin ki, ən yaxın zamanda Azərbaycan-Ermənistan münaqişəsində də vəziyyət köklü sürətdə dəyişsin. Hər halda bunun işartıları özünü büruzə verir. Hər halda dünya diplomatiyasının davranışında praqmatizm meylləri tədricən özünü əks etdirir. Bu ümidverici tendensiyadır...”. Cavad
- Ana səhifə
- Cəmiyyət
- Bəşəriyyət üçüncü dünya savaşının astanasında...
Bəşəriyyət üçüncü dünya savaşının astanasında...
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi