Yuxarı

İctimai Fikir Akademiyasında sosial evlərin müzakirəsi

İctimai Fikir Akademiyasında sosial evlərin müzakirəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yanında İctimai Fikir Akademiyasında (İFA) növbəti ictimai müzakirə keçirilib. 

Cebhe.info xəbər verir ki, “Sosial mənzillər və ipoteka krediti gənclərə hansı şərtlərlə veriləcək?” mövzusunda keçirilən tədbirin eksperti Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı olub.

Ramil Osmanlı çıxışı zamanı bildirib ki, ipoteka, sosial mənzillər haqqında bir çox qanunlar olsa da, onların işlək mexanizmi yoxdur:

“Bu il ipoteka və sosial mənzillər haqqında kifayət qədər qanunlar qəbul olunub. Bu baza surətlə yenilənir, təkmilləşir. Ona görə də hesab edirəm ki, istehlakçının bu prosesi daim nəzarətdə saxlamaq imkanları geniş deyil. Azərbaycanda sosial evlərlə bağlı müəyyən qanunlar, müddəalar var və təəssüf ki, bu gün o qanunlar işləmir. Bu məcəllənin işlək mexanizmə çevrilməsi vacibdir. Bununla bağlı bizim də müəyyən təkliflərimiz, layihələrimiz olub”.

Cebhe.info





Həftənin ən çox oxunanları