Yuxarı

Ziya Məmmədovun yolu açılır

Ziya  Məmmədovun  yolu açılır

 

“Tramp Azərbaycan iqtisadiyyatına maraq göstərir”

“Donald Tramp Azərbaycan iqtisadiyyatına maraq göstərir”. Cebhe.info xəbər verir ki, amerikalı konqresmen, həmçinin Qafqaz məsələləri üzrə həmsədr Adam Şif bu açıqlaması ilə erməni mətbuatında gündəmə gəlib.

News.am saytının yaydığı məlumata görə, amerikalı konqresmen ölkəsinin Ermənistan iqtisadiyyatının inkişafında maraqlı olduğunu bildirib. Vurğulanıb ki, bu ölkənin iqtisadi inkişafında perspektivlər görülür. Xüsusən də texnoloji inkişaf buna imkan verir. Şif həmçinin vurğulayıb ki, Türkiyənin Azərbaycanın problemləri ilə blokadaya alınması Ermənistanın inkişafı istiqamətində dayanan başlıca maneələrdəndir. Şif Azərbaycanı cəbhədə atəşkəsi pozmaqda təqsirləndirərək ABŞ siyasilərini bu istiqamətdə sərt münasibət sərgiləməyə səsləyib. Konqresmen həmçinin qondarma erməni soyqrımı məsələsinə də toxunub. O qeyd edib ki, yeni seçilən prezident Donald Trampın Türkiyə və Azərbaycan iqtisadiyyatında maraqlı olması erməni məsələsini bir daha Konqresdə gündəmə gətirə bilər. Bununla yanaşı Ağ ev konqresmeni Ermənistanın suriyalı qaçqınları qəbul etməsi məsələsini də müsbət qiymətləndirib. Xatırladaq ki, D.Trampın azərbaycandakı iş ortaqlarından biri də nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədlidir.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları