Yuxarı

Uşaq gözəllik salonları: TƏHLÜKƏ MƏNBƏYİDİR

Uşaq gözəllik salonları: TƏHLÜKƏ MƏNBƏYİDİR

Qiymətlər “cib yandırır”, uşaqlara meşşanlıq aşılanır\\Təhminə Yaqubova: “Uşaqları doğru maarifləndirməliyik”\\Son günlər televiziyalarda uşaqlar üçün gözəllik salonlarının reklamı geniş yayılır. Uşaqların marağını çəkmək üçün bu salon sözün əsil mənasında dəridən-qabıqdan çıxıb. İlk baxışdan salonun gözəl bəzədilmiş mebellə və göz oxşayan rənglərlə dizayn olunması, eyni zamanda müxtəlif şəkillərlə bəzədilməsi tək uşaqların deyil, elə böyüklərin də marağını çəkir.Bəzən azyaşlı qız uşaqları elə makiyajlar edirlər ki, sanki bu dəqiqə gəlin köçəcək. Uzun kiprik, bəzədilmiş dırnaqlar, zər-zibon... Salonda müvəqqəti tatu, saç düzümü, saç kəsimi, maska çəkmək, azyaşlı qızlara parıltılı bəzəklər, muncuqlar və müxtəlif aksessuarlarla manikür, hətta uşaqların ayaqları üçün də xüsusi qulluq kimi xidmətlər göstərilir. Salonun tanıtım reklamında qeyd olunur ki, “hər bir modapərəst qız istəyəcək ki, belə gözəlliyi uzun müddət saxlasın və həm özü baxıb zövq alsın, həm də misli görünməmiş dırnaqlarını rəfiqlərinə göstərib öyünsün. İnanın ki, bu vəziyyətdə gözəllik pis vərdişə yüz faiz qalib gələcək. Şübhəsiz ki, hər bir qız dəbdəbəli, parlaq manikürü xoşlayacaq”.\\Qiymətlər isə həddən artıq çox yüksəkdir. Məsələn, bir saç kəsimi üçün 45-50 manat arası pul tələb olunur. Hətta məktəbyaşlı uşaqlar arasında qəribə bir tendensiya da formalaşıb. Belə ki, məktəbli uşaqlar digər sinif yoldaşlarının saç düzümünə baxıb lağ edirlər ki, sənin saç düzümün adi bərbərxanada düzəlib. Bundan təsirə düşən uşaq ağlayaraq valideynini həmin salonda 50 manata saç kəsməyə vadar edir. Burda bir məsələni də qeyd etmək yerinə düşər ki, bütün gözəllik salonları xəstəlik mənbəyidir. Bəzən fərqinə belə varmadan özümüz keçici, sağalması çətin olan xəstəliklərə yoluxmağımıza şərait yaradırıq. Təəssüf ki, bəziləri insanların sağlamlığını düşünmədən sadəcə gəlir əldə etməklə hərəkət edir. Bəzən gözəllik naminə edilən yersiz müdaxilələr, dırnaqların pedikür, maniküründə ehtiyat məsələlərini arxa plana qoymaq sonda faciəli şəkildə öz sözünü deyir. Bu haqda çox məlumatlar verilib. İndi keçək uşaqların kiçik yaşda yuxarıda sadaladığımız fikirləri aşılamağın nə dərəcədə düzgün olub-olmamasına.\\“Balaca uşaq ananı necə məcbur edə bilər”\\\\Psixoloq Təhminə Yaqubova “Cümhuriyət” qəzetinə bildirib ki, sosial media hər birimizə eyni cür təsir edir: “Lakin burda ailə və tərbiyə faktoru əsas rol oynayır. Deyirik ki, valideyn məcburiyyətdən uşağın dediyini etdi. Birinci, balaca bir uşaq ananı nə dərəcədə məcbur edə bilər? İkinci, uşağa hansı səviyyədə tərbiyə verilib? Üçüncü, uşağın gəlib anaya məcburən “bunu mənə etməlisən” formada israr edəndə, artıq valideynin uşağa öz imkanları barədə məlumat verməsi vacibdir. Heç bir valideyn uşaqlarına nə ailənin maddi gəliri, nə də ki, televiziyadakı çarxlar haqqında düzgün məlumat vermir. Televiziya kanallarında, kinolarda, reklamlarda dəbdən, makiyajdan artıq dərəcədə danışılır. Son günlər parfümeriya mağazalarının reklamı daha çox aktuallaşıb, hətta çarxda gedən mahnının sözləri dillərə belə düşüb. Burda əsas yük, əsas rol valideynin üzərinə düşür. Çünki çarxın ssenarisini yazan insan reklam, pul naminə yazır. Hətta həmin mərkəzlərdə çalışan bərbərlər belə öz işlərindən pul qazanırlar. Burda ailə faktoru da böyük rol oynayır. Niyə hər uşaq o salonlara gedə bilmir, ancaq bəzi uşaqlar gedir? Məncə, məsələnin əsas mahiyyətində bu durur”.\\Psixoloqun fikrincə, bir şeyin olmamasının niyə mümkünsüz olmasını uşağa başa salmaq çətindir: “Onu da qeyd etmək lazımdır ki, bu cür uşaq salonları tək Azərbaycanda deyil, bir çox ölkələrdə  var. İlk növbədə özümüzə sual verək. Həqiqətən də uşaqları doğru maarifləndirə bilirikmi? Nəyin zərərli, nəyin zərərsiz, nəyin nəyə səbəb ola biləcəyini deyə bilirikmi? Hazırda Azərbaycanda “İnstaqram” sosial şəbəkəsinə baxsaq, kosmetik vasitələrin satışı get-gedə artmaqdadır. \\Satılan bir çox makiyaj ləvazimatlarının üzərində yaş həddi göstərilmir. Artıq uşaqlar üçün olan salonların sayı böyüklər üçün salonların sayından çoxdur. Hər zaman müraciət edən pasientlərə məsləhət görürük ki, uşağın nazı ilə nə qədər oynasan, onun məcburiyyətlərinə nə qədər dözsən o qədər itaətsizlik edər, sözə qulaq asmaz. Amma evdəki hər problemi uşağa danışmasan, zərərli bir şey haqqında məlumat verməsən o, doğru tərbiyə almaz. Uşaq dünyaya ağ lövhə kimi gəlir. Onun üstünə yazı yazan bir uşaq özüdür, bir də valideyndir. Uşağın doğru formalaşmasında yalnız valideynlər mühüm rol oynayır”.\\Yeganə Oqtayqızı\\ 





Həftənin ən çox oxunanları