Yuxarı

Azərbaycan məktəbində yeni təriqət

Azərbaycan məktəbində yeni təriqət

Satanizm, vəhabizm, nurçuluqdan sonra növbəti TƏHLÜKƏ\\Azərbaycanda satanizm, vəhabizm, nurçuluqdan (yaxud gülənçilik) sonra daha bir təhlükəli təriqətin yayılması barədə xəbərdarlıq olunub.\\Cebhe.info xəbər verir ki, bu barədə “Yeddi Dövlət, Bir Millət” Konseyinin başqanı Azər Həsrət məlumat verib.\\\\O, bu təriqətin Satya Sai olduğuna diqqət çəkib: “1995-1997-ci illərdə “fetöçülər”in Qafqaz Universitetində oxumuşam. O iki ilin 1-ci ilində əsasən dil öyrəndik, amma 2-ci ilində beynimizi yumağa çalışdılar. Bütün ili dava-dalaşla keçirdim və universiteti buraxmalı oldum. Halbuki, “fetöcülər”ə qoşulub özümə yaxşı bir gün ağlaya bilərdim, etmədim. Çünki bunların strateji hədəflərini zamanında deşifrə edə bilmişdim. \\Baxmayaraq ki, dövlət bu adamlara gen-bol şərait yaradırdı. İndi də Satya Sai adlı bir sektantın uzantıları Azərbaycan təhsilinə soxulublar. Keçən ildən bu yana həyəcan təbili çalıram. \\Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlıya belə müraciət etmişəm. Amma görünən odur ki, heç bir reaksiya verilmir, əksinə, daha geniş şərait yaradılır bu şarlatan sektasının ardıcıllarına və Şalva Amonaşvili adında bir sektantı da gətirib müəllimlərimizə dərs keçdirirlər, bu Vətən xainləri. Nədir, indi də FETÖ olayında olduğu kimi 20 il gözləməliyik ki, daha bir sekta hər yerə nüfuz etsin, ondan sonra tədbir görək? Ay bu Vətənin çörəyini yeyib ona arxa çevirən haramzadalar, yığışdırın da bu əməllərinizi! Onsuz da pulunuz, çörəyiniz haramdan çıxır, niyə bu işə Azərbaycan müəllimini, təhsilini də alət edirsiniz? Bu sektantların ardınca gedən müəllimləri anlamaqda çətinlik çəkirəm”.\\“İnsanları öz məqsədlərinə yönəldirlər”\\Cebhe.info-ya açıqlamasında Azər Həsrət Satya Saini “şarlatan” adlandırıb. O, qeyd edib ki, Satya öləndə evindən 95 kq qızıl, 300 kq-a yaxın gümüş çıxıb: “Amma sağ ikən guya dünya malından gözlərini yığmış bir adam idi. Bu adamın dünyanın hər yerində ardıcılları var və müxtəlif adlarla cəmiyyətlərə nüfuz etməyə çalışırlar. Çox vaxt da Satya Sainin adı çəkilmir. Bu təriqətə bağlı adamlar başqa-başqa adlar altında fəaliyyət üsulu seçiblər. Azərbaycanda da bu fəaliyyəti bilərəkdən və bilməyərəkdən həyata keçirən adamlar var. Neçə dəfə etdiyimiz xəbərdarlıq qulaqardına vurulub. İndi təkidlə bu sektanı Azərbaycan təhsilinə yerləşdirməyə çalışırlar. Təəssüflər olsun ki, təhsil sektorunda da bəzi adamlar bu sektanın genişlənməsi üçün çalışırlar.\\Satya Sainin əsas məqsədi müəllimlər və məktəblər üzərində dövlətin  və cəmiyyətin nəzarətini minimuma endirməkdir. Eyni zamanda şagirdləri də öz valideynlərindən təcrid etmək işini həyata keçirirlər. Bu, insanları zombiləşdirmək və sektanın arxasınca aparmaq deməkdir. Buna görə də daha çox təhsil üzərindən çalışırlar. Təəssüflər olsun ki, Azərbaycanda da bu fəaliyyətlə məşğul olan adamlar var”.\\Satya Sai nədir, yaxud kimdir?\\Satya Sai hindistanlı xeyirxah, ruhani və pedaqoqdur. 1926-cı ildə Hindistanda doğulub, 2011-ci ildə burada ölüb. 2011-ci ildə “Watkins Review” tərəfindən “Yaşayan ən təsirli 100 spiritual insan”dan biri seçilib. Ləqəbi “Ata” olub. O, insan psixologiyasına təsir etməK bacarığı ilə seçilirdi. Yaratdığı təriqətin üzvləri inanırdılar ki, Satya Sai Hinduizm və İslam inancının sintezindən yaranmış, möcüzələriylə tanınan ruhani Şirdi Say atanın reinkarnasiyasıdır. Satyanın vibutisi (“müqəddəs kül”), üzük, boyunbağı kimi digər kiçik əşyalarının müqəddəs olması uzun zaman müzakirə idi.\\Satya Sai Hindistan və digər ölkələrdə məktəblər, kolleclər, xəstəxanalar tikdirib. 178 ölkədə, o cümlədən Azərbaycanda yayıldığı deyilən Satya Ata təriqətinin 6 milyona yaxın üzvünün olduğu bildirilir. Təriqətçilər arasında tanınmış və nüfuzlu siyasət adamları da var. Satya Ata xüsusilə təhsil sektorunda möhkəmlənməyə çalışan dini təriqətdir.\\Mənsur Rəğbətoğlu\\





Həftənin ən çox oxunanları