\\İlham Şaban: “Benzinin bahalaşmasının əsas səbəbi monopoliyadır”\\Oqtay Haqverdiyev: “Həmin özəl şirkətləri bazara yaxın qoyan yoxdur”\\Son vaxtlar Azərbaycanda manatın məzənnəsinin dəyişməsi xaricdən gətirilən məhsullara, o cümlədən benzinin qiymətinə ciddi təsir edib. Belə ki, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 0.95-dən 1.05 manata qədər artıb. Məlumat üçün bildirək ki, Aİ-95 markalı benzinin qiymətini Tarif Şurası təyin etmir. Əslində idxal məhsullarının qiymətindəki gözlənilməz dəyişikliklə bağlı ölkədə müəyyən təcrübə var.\\Belə ki, bir vaxtlar ölkəyə xaricdən gətirilən banan 2.20-2.50 manat arası qiymətlərə satılırdı. Yəni, qiymət çox yüksək idi. Bunun da səbəbi Azərbaycana bananın yalnız bir şirkət tərəfindən gətirilməsi idi. Demək olar ki, banan sahəsi monopoliyada idi. Lakin sonradan həmin şirkətə konkret bildirdilər ki, ölkəyə bananı tək gətirə bilməz. Beləliklə, həmin şirkətəəlavə banan gətirməklə məşğul olan 20 şirkət də qoşuldu. Faktiki olaraq bu gün Azərbaycana 21 şirkət tərəfindən banan gətirilir. Buna görə də hazırda ölkədə bananın qiyməti 0.95 manatdan 1.39 qəpik arası dəyişilir.\\Təbii ki, sözümüzün məğzi banan deyil. Məlumdur ki, Ai-95 markalı premium benzin də Azərbaycana xaricdən idxal olunur. O da bəllidir ki, Aİ-95 markalı premium benzinin bahalaşması manatın xarici valyuta qarşısında ucuzlaşması başlıca rol oynayır.Azərbaycana Aİ-95 markalı benzini SOCAR Petroleum şirkəti gətirir. Olmazmı ki, Aİ-95 markalı benzinin ölkəyə gətirilməsinə əlavə şirkətlər qoşulsun? Ümumiyyətlə, bunun azad idxalını təmin etmək mümkündürmü?\\“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, benzinin tariflərində müşahidə olunan artımın səbəbi bu sahədə monopoliyanın mövcud olmasıdır: “Əgər premium markalı benzinə tələbat varsa, ölkəyə gətirilməlidir. Digər tərəfdən əgər SOCAR bu benzini gətirirsə, ondan qazanc məqsədi güdməlidir. Rəsmi statistikaya görə, 2014-cü illə müqayisədə bu benzinin idxalı üç dəfə aşağı düşübsə, o halda tək SOCAR yox, başqa idxalçı şirkət olsa belə heç bir mənası yoxdur. Birincisi, ölkədə Aİ-95 markalı benzinə tələbat olmalıdır. Digər maraqlı bir nüans Azərbaycandan kənarda həmin benzinin qiymətinin neçəyə olmasıdır. Məlumat üçün qeyd edim ki, bu benzin bahalıdır. Hesab edirəm ki, baha olduğuna görə də alınmır. Avropa istehsalı olan avtomobillərin hamısı Aİ-95 markalı premium benzinə hesablanır. 2010-cu ildən sonra Avropada requlyar markasında hesablanan avtomobil yoxdur. Azərbaycan bazarında “Mercedes” və “BMV” markalı avtomobillər çoxluq təşkil edir. Məsələ burasındadır ki, bəzən insanlar 5-10 ilin avtomobillərində də Aİ-92 markalı benzindən istifadə etmirlər. İnsanların ölkə üzrə iqtisadi durumu aşağıdır. 1980-cı ildə Azərbaycan haqqında elə təsəvvür yaratmışdılar ki, bizdə olan pul heç kimdə yoxdur. Ancaq 90-cı illərdə pullar dəyişiləndə məlum oldu ki, ən çox pulu olan Baltikyanı ölkələrdir. Ən kasıbı isə azərbaycanlılardır. Bu səbəbdən də azərbaycanlılarda olan pul hamısı yandı getdi. Bizim özümüz haqqında təsəvvürümüz çox aşağı səviyyədədir. Bilmirik ki, azərbaycanlılar varlıdır yoxsa, kasıb. Biz özümüzü tarix boyu tanımamışıq, heç indi də tanımırıq. Şəhərin mərkəzində cəmi 5-10 dənə restoran var, orda adamları görürük, elə bilirik ki, bizdən varlısı yoxdur. Daha fikirləşmirlər ki, başqa şəhərlərdə min dənə restoran var, hamısı da səhərdən axşama qədər dolu olur. Ancaq onlar özlərini normal adam hesab etmirlər və demirlər ki, biz varlıyıq”.\\Ekspert güman edir ki, Aİ-95 markalı benzini SOCAR gətirsə də ondan mənfəət götürmür: “Avropa Aİ-95 markalı benzinin satış qiyməti 1.5 avrodur, Gürcüstanda Aİ-92 markalı benzinin qiyməti 1.05-1.10 manat, Aİ-95 markalı benzin isə 1.20-1.30 manat arasında satılır. Hesab edirəm ki, Aİ-95 markalı benzini SOCAR gətirsə də ondan mənfəət götürmür. Bu halda başqa pertol şirkətləri gətirsə necə olar? Həmin benzin Batumidən Azərbaycana gətirilməsi üçün vaqon göndərilməlidir. Azərbaycan Batumiyə neft məhsulları satır, gedən nəqliyyatın boş geri gəlməməsi üçün Aİ-95 markalı benzini vurub gətirirlər. Burda nəqliyyat xərcləri çox yüksəkdir. Həmin benzinin 1 tonunu ölkəyə daşımaq üçün gediş-gəliş 110 manat xərc çıxır”.\\İqtisadçı Oqtay Haqverdiyev “Cumhuriyət” qəzetinə bildirib ki, Aİ-95 markalı benzinin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulmayıb: “Benzin dövlət tərəfindən tənzimləndiyi üçün görünür hökumət özü belə qərar çıxardıb ki, ölkənin böyük şirkəti bununla məşğul olsun. Amma Azərbaycan qanunvericiliyinə görə, hər bir insan məhsulu gətirib sata bilər. Belə olanda benzinin də qiyməti aşağı düşər. Burda rəqabət olmalıdır ki, qiymət stabil olar, artmaz”. İqtisadçı qeyd edib ki, Azərbaycanın özəl petrol şirkətləri Aİ-95 markalı benzini gətirməkdə maraqlıdır: “Məsələ burasındadır ki, həmin özəl şirkətləri bazara qoyan yoxdur. Bu məhdudiyyətin də min cür yolu var. Qanunla deyir ki, buyur get. Amma sonra onun başına nə gələcək, onu Allah bilir”.\\Yeganə Oqtayqızı\\
- Ana səhifə
- Cəmiyyət
- Benzin ucuzlaşa bilərmi?
Benzin ucuzlaşa bilərmi?
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi