Yuxarı

Azərbaycan üçün yeni aprel fürsəti

Azərbaycan üçün  yeni aprel fürsəti

 Ermənistandakı siyasi böhrandan yararlanıb Qarabağı azad edə bilərikZəlimxan Məmmədli: “Bu məsələlərin hamısı Rusiya və Qərb arasında razılaşdırılıb”Məhəmməd Əsədullazadə: “Rusiya Azərbaycanın anti-terror əməliyyatlarının qarşısını ala bilməyəcək”Aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Hazırda ölkə daxilində siyasi böhran hökm sürür. Qərbyönümlü müxalifətin aktivləşməsi hakimiyyəti çətin duruma salıb. Siyasi şərhçilərə görə, Qərb çalışır ki, Ermənistanı rusların nəzarətindən çıxarsın. Ehtimal olunur ki, hazrıkı böhran hakim qüvvənin hakimiyyətdən getməsilə nəticələnəcək. Sarkisyan isə hakimiyyətdən getmək niyyətində deyil.Qüvvələr arasında yaranan bu qarşıdurma siyasi böhranı daha da ağırlaşdıracaq. Azərbaycan Ermənistanın daxilində yaranan bu siyasi böhrandan istifadə edib öz ərazi bütövlüyünü bərpa edə bilərmi?“Qərblə razılaşdırılmış oyundur”“Cümhuriyət” qəzetinə şərhində politoloq Zəlimxan Məmmədli deyib ki, Azərbaycanda milli məsələlərə yanaşmada ciddi problemlər var: “Diplomatlarımız Ermənistanın daxilindəki vəziyyəti araşdırıb Azərbaycanın maraqlarını təmin edəcək addımlar atmalıdırlar. Azərbaycanın siyasi düşüncəsində bu cür məsələlərə yer yoxdur. Milli layihələrə rəhbərlik edən bir şəxs kimi bunları deyirəm və bunları əsaslandırmaq üçün kifayət qədər faktlarım var”.Z.Məmmədlinin sözlərinə görə, Ermənistanda yaşanan siyasi böhran Rusiya və Qərb arasında razılaşdırılmış bir oyundur: “Ermənistan bölgədə Rusiyanın və Qərbin maraqlarına xidmət edən bir obyektdir. Ona görə də Ermənistanın toxunulmazlığı hələlik təmin olunur. Ermənistanın demokratikləşməsi təbii olaraq Cənubi Qafqazda birlik məsələsini gündəmə gətirə bilər. Bu da Rusiyanın milli maraqlarına uyğun deyil. Ermənistan, Gürcüstan və Azərbaycanın bir araya gəlməsi artıq bölgədə sabitliyin dəyişməsi deməkdir. Rusiya isə maraqlar  baxımından mövcud gərginliyin qalmasını istəyir. Qərb isə bölgədə hazırkı vəziyyətin dəyişməsində israrlı görünmür. Əks halda, erməni lobbisi Avropada kifayət qədər səslərini çıxarardı. Ancaq görürük ki, bu istiqamətdə sakitlikdir. Burdan da görünür ki, bu məsələlərin hamısı Rusiya və Qərb arasında razılaşdırılıb. Azərbaycanda aparılan təbliğatın özü də yanlışdır. Bunun dəyişdirilməsi vacibdir. Düşünürəm ki, bizim özümüz milli düşüncələrimizi, təbliğat istiqamətlərimizi dəyişdirməliyik”.Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, baş verənlər Sarkisyan hakimiyyətinin sonunu yaxınlaşdırır: “Konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən referendumdan sonra Ermənistan parlamentli respublikaya keçdi və dövləti parlamentdə çoxluq təşkil edən partiyanın sədri, baş nazir idarə edəcək. Sarkisyanın bu planı təbii ki, özünün hakimiyyətini uzatmağa hesablanıb. Aprel məğlubiyyəti Ermənistanda hökumətdə və daxili siyasətdə böhran yaşanmasına səbəb oldu. Bu böhran hazırda davam etməkdədir. Bir zamanlar Sarkisyanın müttəfiqləri indi ona əks-cəbhədə formalaşaraq, parlamentdə üstünlük qazanıb, onun hakimiyyətinə son vermək istəyirlər. Qeyd edim ki, bu gün Ermənistan müxalifətində formalaşan qüvvələr güclüdür və hakimiyyətə ciddi təsir mexanizminə malikdirlər. Ötən il cəbhədə məğlubiyyətdən sonra Sarkisyan Baş nazir Ovik Abramyanı, müdafiə naziri Seyran Ohanyanı vəzifədən uzaqlaşdırdı. Ovik Abramyanın hakim Respublika Partiyasından istefa verərək, öz qudası, Sarkisyanla siyasi düşmən olan Çiçəklənən Ermənistan Partiyasının sədri, oliqarx Qagiq Çarukyanla birləşməsi gözlənilir. Həmçinin Sarkisyanın təyin etdiyi baş nazir Karen Karapetyanın iqtisadi siyasəti özünü doğrultmadığına görə siyasi problemlərə yol açmaqdadır. Xalq ondan yeni iqtisadi model gözləyirdi. Seçkilərə iki ay qalmış gözləntilər özünü doğrultmadı və Sarkisyanın reputasiyası fiaskoya uğradı”.“Seçki günü iğtişaşlar gözlənilir”Politoloq əlavə edib ki, Ermənistanda seçkilər sakit ab-havada keçməyəcək. Bütün siyasi qüvvələr çalışacaq ki, hakim partiyaya qalib gəlib, koalisiya hökuməti formalaşdırsınlar və Sarkisyanı hakimiyyətdən salsınlar: “Burada əsas güc Seyran Ohanyanın rəhbərlik etdiyi blok və Petrosyanın Milli Konqresidir. Qeyd edim ki, hakim partiya daxilində də ziddiyyətlər yaşanmaqdadır. Çünki, Sarkisyan hazırkı baş nazirin onun istəyinə qarşı çıxaraq, seçkiyə qatılmasını istəmir. Baş nazir Karen Karapetyanın Moskvaya səfəri və Kremldə apardıqları danışıqların əsas məqsəd Kremlin dəstəyini almaq idi. Kreml də Ermənistanda daxili siyasi gərginliyi nəzərə alıb, hazırda müəyyən dərəcədə Sarkisyanın üzərində dayanıb. Sarkisyan çalışacaq ki, seçkilərdə saxtakarlıq yolu ilə hakimiyyətdə qalsın. Seçki günü müxalifət qüvvəllərini bununla razılaşması, mümkün görünmür və iğtişaşların baş verməsi istisna olunmur”.Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda daxili siyasi vəziyyət Azərbaycanın maraqlarına cavab verir. Çünki, aprel əməliyyatları, Ermənistanda siyasi sabitliyin daha da pozulmasına yol açıb: “Azərbaycan lokal döyüşlərə başlayıb, bir-bir rayonları azad edə bilər. Ermənistanın cəbhədə bu məğlubiyyəti daha da siyasi durumu artıracaq. Əhali kütləvi şəkildə Qarabağı tərk edəcək. Proseslərə Rusiya müdaxilə edə bilər. Rusiya bu ölkədə dərin böhranın yaşanmasına yol verməyəcək. Amma cəbhədə lokal döyüşlər, düşmənə qəfil zərbələrlə ərazilərin azad edilməsi istiqamətində əməliyyatları Rusiya durdura bilməyəcək.Nəzərə alaq ki, hər gün cəbhədə erməni təxribatı davam edir. İstənilən vaxt Azərbaycanın güc tətbiqi mümkündür. Beynəlxalq konyukturada sabitsizlik hökm sürür. Rusiya həmçinin Ukraynada da vəziyyəti gərginləşdirməkdədir. Azərbaycan güc tətbiq edərsə, Rusiyada reallıqla barışıb, rayonların azad olunmasını Ermənistandan tələb edəcək. Çünki, status-kvonun saxlanması, sabitliyə yox, gərginliyə xidmət edir”.Vilayət Muxtar





Həftənin ən çox oxunanları