Yuxarı

2 nazirlik birləşdirildi

2 nazirlik  birləşdirildi

 Ziya Məmmədov nazir kreslosunu itirdiAzərbaycan prezidenti İlham Əliyev Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılması barədə sərəncam verib.Cebhe.info xəbər verir ki, prezidentin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.Vəzifədən çıxarılan Ziya Məmmədovdan ilk açıqlamaNəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib. O, Musavat.com-a açıqlamasında bu mövzunu hələlik şərh etmək istəməyib: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nolacaq, necə olacaq". Sabiq nazir "Bundan sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı" sualına keçmiş nazir belə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Özbaşına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil". Xatırladaq ki, bu gün - fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Yeni yaradılan nazirliyə Ramin Namiq oğlu Quluzadə nazir təyin edilib.Cebhe.info





Həftənin ən çox oxunanları