Sabiq nəqliyyat naziri Ziya Məmmədovun “vurulmasından” sonra gözlər ona yaxınlığı ilə seçilən məmurlara dikilib. Dünənə qədər nazir statusu daşıyan Ziya Məmmədovun nüfuzu hesabına yüksək postlar tutan şəxslər bundan sonra bir-bir istefaya göndərlicək. Çünki, artıq onları qoruyacaq “güclü əl” yoxdur. Ziya Məmmədovun yaxın adamlarından biri də qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Ziya Məmmədovdan sonra Heydər Əsədovun aqibəti necə olacaq? O, tutduğu nazir postunda qala biləcəkmi? Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti də qənaətbəxş hesab olunmur. Belə ki, post-neft dövründə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da ciddi problemlərin olduğu üzə çıxdı. Aqrar sektor acınacaqlı vəziyyətdədir və bununla bağlı Heydər Əsədova xəbərdarlıq olunub. Məlumata görə hələ ötən ildən kənd təsərrüfatının inkişaf etdirilməsilə bağlı Heydər Əsədova ciddi tapşırıqlar verilsə də nəticə dəyişməyib. Bütün bunları nəzərə alsaq, yaxın gələcəkdə Heydər Əsədovun istefaya göndərilməsi real görünür. Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun yerinə gətirilən Heydər Abbasov nazir olduğu zamandan bu günə qədər heç bir ciddi iş görməyib. Bu da öz sələfinin siyasətini davam etdirməklə özünün gedəcəyinə “yol” göstərmək anlamına gəlir. Ziya Məmmədovun ardınca Heydər Əsədovun da gedəcəyi ehtimalları güclənir. Nazir postundan göndərilməsi ümumilikdə qudaların sahib olduqları gücü tamamilə itirmələri anlamına gəlir. Heydər Əsədovu da qudasının aqibətinin gözləyəcəyi istisna edilmir.Digər tərəfdən isə bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin ləğv olunaraq səlahiyyətlərinin bir hissəsinin Qida Təhlükəsizlik Agentliyinə, bir hissəsinin isə İqtisadiyyat Nazirliyinə veriləcəyi ilə bağlı məsələ gündəmə gəlmişdi. Ehtimal olunur ki, Heydər Əsədov bu yolla vəzifədən uzaqlaşdırılacaq. Əgər Heydər Əsədov yaxın gələcəkdə hər hansı bir “sürpriz”lə gündəmə gəlməsə, elə qudası kimi rəhbəri olduğu nazirliyin ləğv olunması ilə öz postuyla vidalaşacaq.Vilayət Muxtar
- Ana səhifə
- Cəmiyyət
- Ziya Məmmədovun “qohumlar imperiyası”na son
Ziya Məmmədovun “qohumlar imperiyası”na son
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi