Yuxarı

Ölümün bilinməyən səbəbi - çörək

Ölümün  bilinməyən  səbəbi - çörək

  Məsum görünən kabus Qluten həssaslığı. Bəlkə də bir çoxlarınız bu sözü hardasa oxumusunuz. Yaxud eşitmisiniz, amma nə olduğunu bilmirsiz. Əslində son illər bu sözdən ərzaq bazarında kifayət qədər çox istifadə edilir və təkcə hansısa məhsulun üzərində qeyd olunmaqla kifayətlənmir, ən böyük təhlükələrdən biri kimi təqdim edilir. Dünyanın artıq çəki probleminin yaranmasında da qlutenin rolu ölçüyəgəlməzdir və artıq dünyanın müxtəlif ölkələrindən bir çox mütəxəssislər ona qarşı əsl müharibə elan ediblər. Qlutensiz həyatın sağlamlıq üçün önəmini vurğulayan mütəxəssislər yaş, cins fərqi qoyulmadan hər kəsi bu yaşama dəvət edir. Məsum görünür, amma... Qluten buğda, çovdar və arpanın tərkibində olan elastik bir proteindir. Onun verdiyi elastiklik sayəsində un məhsullarının içindəki maddələr bir- birinə yapışır. Elə adı da burdan götürülüb- glue - yəni, yapışdırıcı. Bu söz latınca məhz bu anlama gəlir. İlk baxışda burda təəccüblü və ya qorxulu heç nə yoxdur, hətta çox məsum da səslənə bilər. Bir-birinə yapışan undan çox gözəl çörəklər bişirilir, yaxud sürfələri bəzəyən tortlar meydana gəlir. Amma insan orqanizmində bu qluten özünü heç də məsum aparmır, artıq çəkiyə səbəb olur və bu səbəblə, həmçinin birbaşa insan orqanizmində yaratdığı təsir səbəbindən bir çox xəstəliklərə yol açır. Təbii ki, hamı üçün yox. Bu maddəyə həssaslığı olan insanlar üçün təhlükəsi çoxdur. Son zamanların ən geniş yayılmaqda olan terminlərindən biri də məhz qluten allergiyasıdır, ona mütəxəsssilər öz aralarında celiac xəstəliyi deyirlər. Çörəkdən gələn ölüm Bu xəstəliyi olan insanlar tərkibində qluten olan ərzağı yedikdən dərhal sonra mənfi nəticəsini hiss etməyə başlayırlar. İmmun sistemi orqanizmə daxil olan qlutenə qarşı sanki müharibə elan edir və bütün qüvvəsini onunla mübarizəyə sərf edərək sahibini əldən salır. Kiçik bağırsağın divarlarında olan barmağabənzər, balaca hissəciklər bu proteini gördükləri an iltihablanaraq yastılaşırlar. Bu çıxıntıların əsas vəzifəsi bağırsağa düşən qidaların tərkibindəki lazımlı maddələrin bədənə sorulması olduğu üçün bu qabiliyyətlərini itirdikləri an orqanizmdə mədə bağırsaq simptomları özünü göstərir. Sonrası isə müxtəlif əlamətlərlə ortaya çıxan xəstəliklər başlayır. Əvvəlcə ürəkbulanma, ishal, yaxud qəbizlik gəlir. Şəxs qarnında şişkinlik hiss edir, qarın ağırsı başlayır, yorğunluqdan tərpənəcək vəziyyətdə olmur. Başağrıları insanı narahat edir və günlərlə keçmir. Hətta ağızda yaralar da yaranır. Bu əlamətlərin əsəb pozğunluğu ilə müşayiət olunduğunu da nəzərə alsaq, insanın düşdüyü vəziyyəti təsəvvür etmək çətin deyil. Bir çoxları bu əlamətlərdən hansısa ağrıkəsicilərlə yaxa qurtara biləcəklərini düşünürlər və həkimə müraciət olunmur. Ancaq unutmaq olmaz ki, müalicəsi aparılmayacağı təqdirdə qaraciyər problemlərinə, sonsuzluğa, osteoporoza (sümük xəstəliyi), otoimmun xəstəliklərə, tiroid, bağırsaq xərçənginə səbəb ola bilər. Sonucda hətta ölümlə nəticələnə bilər. Müalicəsi yoxdur Statistik vəziyyət qluten həssaslığının ilbəil daha da ağırlaşdığını deyir. Ümumdünya Səhiyyə Təşkilaıtnın məlumaıtna görə dünyada hər 1750 insanın 1-də celiac xəstəliyi, 7-də isə qluten həssaslığı var və üstəlik, bu say tədricən artır. Ən qorxulusu isə xəstələrin özlərinin bundan xəbərlərinn olmamasıdır. Belə ki, xəstələrin 80%-dən çoxu əslində xəstəliklərindən xəbərsizdir və buna görə də ona qarşı heç bir tədbirdən yararlanmırlar. Diqqət etdinizsə, müalicə vasitəsi demədik. Çünki qlutenə qarşı effektiv müalicə yoxdur. Bu xəstəliklə mübarizənin yeganə yolu pəhrizə diqqət etmək və qlutensiz həyat yaşamaqdır. Təbii ki, bir çoxuna bu olduqca ağır və bahalı görünə bilər. İnsan çörəksiz və yaxud makaronsuz necə yaşaya bilər? Onları nəyə əvəz edə bilər? Ailədə bir adamda görülən qluten bütün ailənin menyusuna təsir edər və nəticədə əlavə büdcə tələb olunar. Nələrə “əlvida” demək lazımdır? Qluten həssaslığı olanlar tərkibində buğda, arpa, çovdar olan bütün qidalardan imtina etmək məcburiyyətindədir. Buğda, arpa, bulqur, mannı yarması menyudan birdəfəlik çıxarılmalıdır. Pivəsiz həyata da öyrəşmək lazımdır. Şirniyyat məhsullarına ancaq baxmaqla kifayətlənməlisiniz. Hətta kolbasa, sosiska, hazır şorbalar, paketlənmiş hazır yeməklər də menyunuza əlvida deməlidir. Ancaq bu tədbirlər də kifayət deyil. Çünki tərkibinda gizli şəkildə qluten ola bilən məhsullar var. Şokolad, kofe, kakao, saqqız, bitki çayları, turşular bu qəbildəndir. Bədbəxtlik, depressiya və ...intihar Əks təqdirdə, qluten həyatınızın kabusuna çevriləcək. Onunla yaşamaq asan deyil. Stress və depresiyaya qədər apara bilən qluten hətta insana bədbəxtlik hissi də yaşada bilir. Dünya çapında aparılan araşdırmalar göstərib ki. səbəbsiz depressiyaya düşmə hallarında da qlutenin rolu var. İnsan hansısa bilmədiyi səbəbdən özünü depressiyada hiss edir, bədbəxt olduğunu düşünür. Əslində isə həyatında bu hisləri yaşadacaq heç bir hadisə olmur, şəxsi həyatı qaydasındadır. Belə olan halda özünü bədbəxt hiss edib depressiyaya düşməyin yeganə səbəbi qluten ola bilər. Buna görə də dietolqolar son zamanların ən böyük problemləri sırasında qluten həssaslığını göstərirlər. Dünya miqyasında bu isitqamətdə bir sıra araşdırmalar aparılır, nəticə ortaya qoyulur və qlutenin insan həyatına təhlükə yaratdığı artıq təsdiqlənib. 15 günlük qluten pəhrizi Mütəxəssislərin qluteni aşkarlamaqda çətinlik çəkdikləri məqam hansısa bir testin olmamasıdır. Yəni, analiz verməklə qluteni müəyyən etmək mümkün deyil. Buna görə də həkimlər qlutendən şübhələndikdə ilk növbədə xəstəyə pəhriz yazır və nəticəsindən asılı olaraq qluten həssaslığını müəyyən edə bilirlər. Qluten pəhrizi 10-15 gün davam edir. Bu müddətdə tərkibində qluten olan məhsullardan tamamilə uzaq dayanmaq tövsiyyə edilir. Əks təqdirdə, diaqnozu qoymaq mümkün olmayacaq. Pəhriz vasitəsilə səbəbi müəyyən edilməyən bəzi xəstəliklərin qlutendən qaynaqlanıb-qaynaqlanmadığını müəyyən etmək də mümkün olur. Pəhrizdə olan insan buğda, arpa, yulaf, çovdar və tərkibində bunlardan hər hansı biri olan qidaları qətiyyən qəbul etmir. Əvəzində qarğıdalı, düyü, kartof, soya kimi ərzaqlarla qidalanır. Mümkün olduqca süd və süd məhsullarından da uzaq durmaq lazımdır. Daha sonra bunlar tək -tək yoxlanaraq pəhrizə daxil edilə bilər. Keçi sütü istisnadır və qəbulunda heç bir qadağa yoxdur. Qlutenli məhsulları nəinki yemək, hətta onlardan uzaq durmaq lazımdır. Məsələn, çalışın ki, mətbəxinizdə un əlinizin altında olmasın. Çünki un tozu uçucudur, yapışıb qaldığı qablardan da insana keçə və beləliklə, bütün pəhrizin müsbət nəticəsini ortadan qaldıra bilər. Eyni zamanda bu müddətdə konservləşdirlmiş məhsullar, hazır şorbalar, hazır turşulardan istifadə etməyin. Çünki onların tərkibində də qlutendən istifadə olunur. Sirkə, şokolad, saqqız, mayonez, dondurma kimi qıdalarda qlutendən istifadə mümkündür. Üstəlik, pəhriz təkcə yeməklə yekunlaşmır. Heç ummadığınız halda qluten həssaslığı ətriyyat vasitələrindən, kosmetik məhsullardan, şampun və təmizlik vasitələrindən də yarana bilər. Onları alarkən üzərini diqqətlə oxuyun və tərkibində qluten varsa, qətiyyən istifadə etməyin. Sevil Ağazadə





Həftənin ən çox oxunanları