Yuxarı

Azərbaycanda cəmi 35,6 min nəfər işsiz imiş

Azərbaycanda cəmi 35,6 min nəfər işsiz imiş

Rəqəmlər “işsizlər ordusu”na qarşı Azərbaycanda işsizliyin səviyyəsi açıqlanıb. 2017-ci il aprelin 1-i vəziyyətinə dair ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5018,2 min nəfər olub, onlardan 4765,6 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən Cebhe.info-ya verilən məlumata görə, cari il martın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1515,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 886,8 min nəfər, qeyri-dövlət sektorunda isə 628,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1481,3 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,8 faizi emal sənayesində, 6,1 faizi tikintidə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3 faizi mədənçıxarma sənayesində, 2,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 22,1 faizi təhsil, 19,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi istirahət, əyləncə və incəsənət, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar. 2017-ci ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,8 saat təşkil edib. 2017-ci il aprel ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35,6 min nəfər olub. Onların 37,5 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 269,7 manat olub. Yeganə Oqtayqızı  





Həftənin ən çox oxunanları