Yuxarı

Bir oyunda iki oyunçu: Rüfət Aslanlı və...

Bir oyunda iki oyunçu: Rüfət Aslanlı və...

Palata sədri üçüncü sektoru çökdürmək tapşırğını kimdən alıb?


Natiq Cəfərli: "Fiziki və hüquqi şəxsləri, ticarətdə çalışanları nağdsız hesablaşmalara stimullaşdırmaq lazımdır

 

Uzun müddətdir ki, qeyri-hökumət təşkilatlarının üzləşdiyi problemlərin həlli hələ də mümkün olmayıb. QHT rəhbərlərinin bildirdiyinə görə bəzi banklar 5000 manatdan artıq vəsaiti nağdılaşdırmağa icazə vermir. Qeyd edək ki, bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi ilə qeyri-hökumət təşkilatları (QHT) və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri arasında görüş keçirilib. Görüşdə "Nağdsız hesablaşmalar haqqında” qanundan irəli gələn məsələlər müzakirə edilib.

QHT rəhbərləri qeyd olunan problemləri ilə bağlı yaranmış çətinlikləri Palata rəhbərliyinin diqqətinə çatdırıblar. Həmçinin bildiriblər ki, vəsaitin nağdılaşdırılması zamanı tutulan 1% komisyon haqqı yüksəkdir. Məsələ ilə bağlı R.Aslanlı deyib ki, rəhbərlik etdiyi qurum tərəfindən banklara məktub ünvanlanıb və bildirilib ki, qanunvericiliyə görə, satınalmalarda iştirak edən şəxslər tərəfindən 5000 manatdan çox vəsaitin nağdılaşdırılması qadağandır. Banklar isə bunu yanlış anlayıb və qrantların nağdlaşdırılmasına qadağa və limit tətbiq edib. O, banklara müvafiq göstəriş verildiyini və QHT-lərin qarşılaşdığı problemin aradan qaldırıldığını qeyd edib. Beləliklə, QHT-lər 15 000 manata qədər olan vəsaiti nağdılaşdıra biləcək. Ekspertlər hesab edir ki, R.Aslanlının bu cür açıqlama verməsi məqsədəuyğun deyil. Çünki, Maliyyə Bazarlarına Nəzarət Palatası banklara hər hansı bir göstəriş verə bilməz. Olsun ki, bu Maliyyə Nazirliyinin tapşırığı ilə həyata keçirilib. Yəni, R.Aslanlı sadəcə, vəziyyətdən çıxış üçün belə deyib. Hazırda vəziyyət dəyişməyib. QHT-lər vəsaitlərini banklardan çıxara bilmirlər.


Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda qəribə hadisələr baş verir:


"Rüfət Aslanlının banklara hər hansı göstəriş verməsi məntiqə uyğun deyil. Çünki iki bankdan - "Beynəlxalq” və "Azəritürk” banklardan başqa ölkədəki bankların hamısı özəldir. Özəl banklara göstəriş vermək mümkün və doğru yanaşma deyil. Həmin banklarda fiziki və hüquqi şəxslərin hesabı onların özəl mülkiyyətidir. Ölkədə məhkəmə qərarı olmadan mülkiyyətin istifadəsinə hər hansı məhdudiyyətlərin qoyulması belə doğru yanaşma deyil. Mən Rüfət Aslanlının nə etmək istədiyini anlayıram. O, nağdsız hesablaşmaları təşviq eləmək istəyir. Eyni zamanda nağdsız hesablaşmaların artmasına çalışır. Amma Azərbaycanın bir reallığı var. Uzun illərdir biznes çevrələrinin və QHT-lərin ticarətin öyrəşdiyi bir davranış qaydaları var. Nağdsız hesablaşmaları əmrlə deyil, təşviq proqramları, stimullaşdırma ilə insanların davranış qaydalarına otuzdurmaq lazımdır. Bu əmr olunan məsələ deyil. Bununla bağlı ölkədə nə müzakirələr, nə də təşviq proqramları olub. Sanki yuxarıdan bir əmrlə bunu həll etməyə çalışırlar. Ümumiyyətlə, özəl banklara hər hansı tapşırıqların və hansısa əmrlərin  verilməsi, hesabı olan fiziki, hüquqi şəxslərin hesabına məhdudiyyətlərin qoyulması düzgün deyil. Hətta insanların mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilən bir məsələdir”.


Ekspertin sözlərinə görə, R.Aslanlı və ya dövlət məmurları hər hansı əmr verməkdənsə, stimullaşdırmaya önəm verməlidir:


"Məsələn, fiziki və hüquqi şəxsləri, ticarətdə çalışanları nağdsız hesablaşmalara stimullaşdırmaq lazımdır ki, onlar daha çox bundan istifadə etsinlər. Yəni, vergi güzəştləri tətbiq etmək, eləcə də ucuz və uzunmüddətli kreditlərə çıxış imkanlarını asanlaşdırmaq yolu ilə bunu etmək lazımdır. Ticarət dövriyyəsində isə kassa çeklərini avtomatik olaraq lotoreyaya çevirməklə  vətəndaşı stimulaşdırmaq yolundan yararlanmaq lazımdır. Gürcüstan neçə il bundan öncə bu üsuldan istifadə etdi. Nağdsız alış-veriş edən hamıya aldıqları çeki bir lotoreya bileti kimi tanıdı və ayda bir dəfə çox bahalı, kifayət qədər tirajlarda uduşlar həyata keçirildi, vətəndaşda bir stimul yarandı ki, kartla ödəniş etsin, onun çekini alsın. Avtomatik həmin çek də lotoreya biletinə çevrilsin. O biletlərlə pul vəsaiti, maşın və xaricə səfərlər udan yüzlərlə, minlərlə insan oldu. Bu da stimullaşdırmanı həyata keçirdi və nağdsız hesablaşmalara maraq yarandı. Azərbaycanda məmurlar nədənsə elə bilirlər ki, əmrlə bütün problemləri həll etmək mümkündür. Bütün qayda və qanunlar reallığa, ölkənin vətəndaşların, biznesin davranış qaydalarına uyğunlaşdırılmaqla həyata keçirilməlidir. Hər hansı qadağa və məhdudiyyətlərin olması isə istər QHT sektoru, istərsə də vətəndaş oldun, hürküdən məsələdir”.

İqtisadçı onu da əlavə edib ki, ümumiyyətlə, R.Aslanlı bir açıqlama verməliydi ki, hansı qaydalara və qanunlara əsasən banklara bu göstərişi verib: "Nəyə görə o yazılmış göstəriş banklar tərəfindən səhv anlaşılıb? Ölkədə 31 bank fəaliyyət göstərir. Ola bilməz ki, bütün banklar səhv anlasın. Deməli, məktubun özündə bir səhvlik olub ki, yalnış qavrama meydana çıxıb. 31 bankın heç olmasa 1 və ya 2-si düzgün, qalanı səhv anlayardı. Hamısının səhv anlaması demək ki, əmrin özünün yanlış yazılmasına dəlalət edir”.


Alçina Amilqızı





Həftənin ən çox oxunanları