Yuxarı

Azərbaycanda sabitliyə ərəb təhlükəsi

Azərbaycanda sabitliyə ərəb təhlükəsi

Deputatlar həyəcan təbili çaldı

"Terrorla üzləşmək təhlükəsini fikirləşsək, gərək onda dövlətin qapılarını bağlayaq”

İlham İsmayıl "Hicablı qadın görəndə düşünürsən ki, görəsən çarşabın altında nə gizlədib...”

Son 2 il ərzində Azərbaycana turist axını müşahidə olunur. Turistlərin əksəriyyətini xüsusilə, ərəb ölkələrindən və İrandan gələnlər təşkil edir.Bir qayda olaraq, kütləvi turist axını olan ölkələrdə turizm xüsusilə, iqtisadiyyata öz təsirini göstərir.Hələ ötən ildən ölkəyə gələn ərəb turistlər mövzusu ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.Məsələ bu gün də öz aktuallığını qoruyur.Turist narahatçılığı, xüsusən, ərəb turist məsələsi parlamentdə də müzakirə predmetinə çevrilib.

Belə ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycana gələn jurnalistlərə viza verilərkən müvafiq strukturları diqqətli olmağa çağırıb. Milli Məclisin ötən gün keçirilən iclasında çıxış edən Siyavuş Novruzov bildirib ki, turist adıyla kimə gəldi viza verilməsi düzgün deyil

"Bu gün dünyada nələr baş verir hamımız görürük. Bu məsələdə diqqətli olmaq lazımdır.Hotellərdə təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir.Turist adı ilə gəlib 5 nəfər, 10 nəfər birlikdə mənzil kirayələyib qalırlar.Orada nə niyyətlə, necə qalırlar, kimsə bilmir.Evi verən heç onların pasportlarının surətini də tələb etmir”.

Siyavuş Novruzov ölkədə "Halal hotel” reklamına da irad bildirib "İndi elan edirlər ki, filan hotel halaldır. Belə çıxır ki, digərləri haramdırBir vaxtlar kolbasanı halal adı ilə fərqləndirirdilər, indi Halal hotel məsələsi ortaya çıxıb.Biz 5-10 manata görə ölkədə qurulan ictimai-siyasi sabitliyin pozulmasına yol verə bilmərik.Məsələyə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, turistlərlə bağlı təhlükəsizlik baxımından ayıq-sayıq olmalıyıq.

Məlumat üçün bildirək ki, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında artım qeydə alınıb. Ötən ildə ölkəmizə gələn xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub ki, bu da 2015-ci illə müqayisədə 11,7 faiz artım deməkdir. Mədəniyyət və Turizm Nazirliyinin verdiyi xəbərə görə, ümumilikdə ölkəmizə daha çox Rusiya (33 faiz), Gürcüstan( 22,5 faiz), Türkiyə (13,9 faiz) və İrandan (10,9 faiz) gələnlər çoxluq təşkil edib. Bununla yanaşı, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Respublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması, sözügedən ölkələrdən Azərbaycana səyahət edən turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. 2015-ci illə müqayisədə 2016-cı ildə ölkəmizə İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

Ancaq yaranmış situasiyanın təhlili Azərbaycanda ərəb turizminin daha təhlükəli nəticələr doğura biləcəyini istisna etmir.Bəzi ekspertlər hesab edir ki, ərəblərin gəlişi Azərbaycanda 1990-cı illərin sonlarında olduğu kimi qeyri-ənənəvi dini cərəyanların yayılması üçün güclü zəmin yaradır.Söhbət, əsasən sələfilik cərəyanının yaxın gələcəkdə güclənməsi ehtimalından gedir.Səudiyyə Ərəbistanı, Qətər, Misir kimi dövlətlərdən maliyyələşən sələfilik, xəvaric, ixvan cərəyanların Azərbaycanda kifayət qədər çoxlu tərəfdarları var. İndi onların ərəb turistlərlə təmasa girməsi qeyri-ənənəvi radikal cərəyanlarının mövqeyini gücləndirə bilər.Bu, məscidlərdə namaz vaxtı daha çox mümkündür.Çünki viza rejiminin sadələşdirilməsi dini-missioner şəxslərin Azərbaycana gəlişini daha da asanlaşdırır.Bu baxımdan, ərəblərin hamısının Azərbaycana gəzmək və ya dincəlmək məqsədilə səyahət etdiyini düşünmək yanlış olar.

Ekspertlərin qənaətincə, hazırda ərəblər dünya ölkələrində radikal dini-ideolji təbliğatın daşıyıcıları və terrorizmin mənbəyi adını qazanıb.Azərbaycanın geosiyasi mövqeyi bu baxımdan ərəb dövlətləri və İŞİD, "Əl-Qaida”, "Əl- Fəth-əş Şəm” (keçmiş Ən-Nüsrət Cəbhəsi) kimi beynəlxalq təhlükəli terror təşkilatları üçün cəlbedicidir.İranla müharibə vəziyyətində olduğundan adları çəkilən terror təşkilatlarının Əfqanıstan-Mərkəzi Asiya ilə əlaqə qurması üçün Azərbaycan körpü rolunu oynayır.Sanksiyaların götürülməsindən sonra İranın Cənubi Qafqazda, o cümlədən, Azərbaycan üzərində geosiyasi təsirini artırmaq siyasəti bu tranzit əlaqənin qarşısını alır.İranın təsir dairəsinin genişlənməsi eyni zamanda, Səudiyyə Ərəbistanının Qafqaza, Mərkəzi Asiyaya və Əfqanıstana çıxışına ciddi maneə yaradır.Analitiklərin fikrincə, avqustun 8-də İran-Rusiya və Azərbaycan prezidentlərinin Bakıda keçirilən görüşü Tehran rejiminə Cənubi Qafqaz regionundakı şiələri öz nüfuz dairəsinə salmaq üçün münbit imkanlar açır.İran hakimiyyəti bu görüşdən sonra Azərbaycanı Suriya siyasətində İraq və Rusiya ilə birlikdə qurduğu şiə koalisiyasına cəlb edə biləcəyini düşünür.Son vaxtlar Türkiyənin Rusiya ilə yaxınlaşması buna geosiyasi imkanlar yaradır.Bu isə Səudiyyə Ərəbistanı və digər sünni ərəb dövlətlərinin müqaviməti ilə qarşılana bilər. Əgər Rusiya ilə razılaşmaya uyğun olaraq, Türkiyə hakimiyyəti Suriyada Hələb şəhərinin Əsəd ordusu-İran-Rusiya-"Hizbullah” tərəfindən ələ keçirilməsinə razılıq versə, yəni, Suriya müxalifətinə dəstəyini geri çəkərsə, bu, Yaxın Şərqdə yeni geosiyasi savaşın başlanması demək olacaq. Həmin proses təbii ki, Azərbaycanın yerləşdiyi regionda da öz təsirini göstərə bilər. Hətta Hələbin tutulması suriyalı qaçqınların Türkiyəyə çıxış yolunu bağladığından onları Azərbaycana gələcəyi də istisna deyil. Bir sözlə, Azərbaycanda ərəblərin sayının artması ilə yanaşı, bu bölgədə siyasi-ideoloji təsirlərinin də genişlənməsi təhlükəsi var. Bu vəziyyət Qafqazda, o cümlədən, Azərbaycanda Səudiyyə Ərəbistanı və İran arasında geosiyasi qarşıdurmanın artması ilə müşahidə oluna bilər. Çox güman ki, sünni ərəb dövlətləri də ərəb turistlərin Azərbaycana kütləvi daşınması prosesindən öz siyasi məqsədləri üçün istifadə edəcəklər.Bu da gələcəkdə Azərbaycanda terrorizmin inkişafı və sabitlik üçün potensial təhlükə mənbəyi formalaşdırır.

"Azərbaycan terrorizmin hədəfində deyil”

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl "Cümhuriyət” qəzetinə açıqlamasında, deputat Siyavuş Novruzovun fikirləri ilə tanış olduğunu deyib

"Əvvəla İslam Həmrəylik Oyunları ərəfəsində xüsusilə islam ölkələri üçün sadələşdirilmiş viza rejiminə keçilir. Deputatın yanaşması çox primitivdir.Onda gərək ABŞ prezidenti Tramp kimi konkret qərar qəbul edəsən ki, filan ölkələrə viza verilməsin.Məlumdur ki, Amerika məhkəməsi insan haqqlarına zidd olduğu üçün həmin qərarı ləğv edib.Dünyada terror hadisələri tüğyan edir.

O zaman gəlin biz də Azərbaycana heç kəsi buraxmayaq, fikirləşək ki, kimsə gəlsə, mütləq terrorçu olacaq. Onsuz da terrorçu viza alanda terrorçu olduğunu elan etmir.İqtisadi böhran şəraitində ölkəyə turistlərin gəlməsi çox normaldır. Qonşu Gürcüstanla, eləcə də Avropa ölkələri ilə müqayisədə Azərbaycana nə turist gəlir! Avropa ölkələrinə getmək çox çətindir, amma müəyyən vizalar verirlər.Bəzən Avstriya kimi ölkəyə 1 milyondan çox turist gedir.Terrorla üzləşmək təhlükəsini fikirləşsək, gərək onda dövlətin qapılarını bağlayıb heç kəsi ölkəyə buraxmayaq.

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti var, onun vəzifəsi məhz ölkəyə gələnləri nəzarətdə saxlamaq, hər hansı bir şübhə varsa, qonşu dövlətlərlə müəyyən fikir mübadiləsi aparmaqla informasiya almaqdır.Bununla da şübhəli məqamda yarandıqda təhlükənin müəyyən hissəsini zərəsizləşdirə bilir.Azərbaycana gələn turistlər arasında müəyyən əməliyyat işləri görülür.İdeoloji, eləcə də Azərbaycanın maraqlarına uyğun olmayan məsələlərin həll olması baxımından bunlar çox vacib məqamlardır.Zənnimcə, həm viza verilməlidir, həm də dövlətin xüsusi xidmət orqanı və digər təhlükəsizlik xidmətləri normal işləməlidir ki, bütün bu məsələlər sivil formada öz həllini tapsın”.

Ekspertin qənaətincə, Azərbaycan beynəlxalq terrorizmin ciddi hədəfində deyil "Amma bəzən terrorun hədəfinə çevrilə də bilər. Yeri gələndə Azərbaycana radikal islamçılar gələ bilər.Bunun üçün də viza verənin öz işi, dövlətin təhlükəsizlik xidmətinin də öz işi var. Biz ölkənin qapılarını tamamilə bağlaya bilmərik”

.İlham İsmayıl ərəblər turistlərin çoxluğunun Azərbaycanda terrorizmin inkişafı və sabitlik üçün potensial təhlükə mənbəyi fikrinin formalaşmasını təbii hesab edir. O fikrini belə əsaslandırıb ki, dünyada baş verən terror hadisələrinin 100 faizi radikal islamla bağlıdır 

"Radikal islamı daha çox ərəb millətindən olan şəxslər həyata keçirir.Buna əsasən Yaxın Şərqdə baş verən proseslərlə əlaqədar olaraq ərəblər çalışırlar ki, öz hökmünü böyük dövlətlərin ərazisində göstərsinlər.Həmçinin İŞİD amilini də qeyd etmək lazımdır. Bu terror qruplaşması özünü bütün dünyada, eləcə də dini islam olan ölkələrdə, o cümlədən, Azərbaycanda da göstərmək istəyir. Bu mənada ərəblərə qarşı şübhənin yaranması normaldır. Hətta Dənizkənarı Bulvarda çarşablı ərəb qadın görəndə bir anda fikirləşirsən ki, görəsən o, çarşabın altında nə gizlədib... Amma biz bütün ərəblərə terrorçu kimi baxmırıq.Onlara qarşı belə bir fikrin yaranmasının kökündə terrorla ərəblərin daha çox məşğul olması dayanır.Amerika kimi böyük dövlət ərəbin qarşısını almır.Ərəbdir deyə turistin ölkəyə buraxılmaması fikri düzgün deyil”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları