Yuxarı

Sulu qəlyan - xərçəngə kəsə yol

Sulu qəlyan - xərçəngə kəsə yol

Fazil Mustafa: "Qapalı yerlərdə qəlyan ümumiyyətlə, qadağan olunmalıdır”

Azərbaycanda qəlyanın qadağan olunması məsələsi gündəmə gəlib.Son vaxtlar qəlyandan istifadə geniş vüsət alıb. Bu gün yeniyetmələrin sulu qəlyana marağının olduğunu kimsə inkar edə bilməz. Sulu qəlyandan istifadə baş verən avtomobil qəzalarına da təsirsiz ötüşmür. Ekspertlərin fikrincə,  daha çox qapalı məkanlarda qəlyandan istifadədə  narkotik maddələr də qəbul edilir.  Nəticədə yol-nəqliyyat hadisələri baş verir ki, bu da istənilən qədər bədbəxt hadisələrin sayını artırmış olur.

Qəlyan qadağan olunur...

Qəlyan insanın səhhəti üçün çox zərərlidir.  Hətta sulu qəlyan tütündən daha təhlükəlidir, çox virus daşıyıcısıdır. İstifadə zamanı onun müştüyü və borusu dəyişməlidir.Lakin buna əməl edilmir.Qəlyanı xəstə insanlar da çəkir və bununla da insanlar arasında vərəm və digər müxtəlif xəstəliklər yayılır.Eyni zamanda qəlyan vasitəsilə gənclər narkotik vasitələrinə cəlb edilir.Nəzərə alsaq ki, Azərbaycanda qəlyan tütünləri istehsal edilmir, onlar xaricdən gətirilir, bu da Azərbaycan büdcəsinə kifayət qədər ziyan verir.

Qeyd edək ki, qəlyanın məkanlardan yığışdırılması məsələsi bir müddət əvvəl Milli Məclisin gündəliyinə çıxarılmışdı.  Milli Məclisin "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan dəyirmi masada çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova demişdi ki, təhsil müəssisələrinə yaxın yerlərdə qapalı məkanlar olsa belə, orada qəlyan çəkilməsi qadağan edilməlidir. Millət vəkili bununla bağlı "Tütün məmulatlarının istifadəsinin məbdudlaşdırılması haqqında” qanun layihəsinə əlavələr edilməsinin vacibliyini irəli sürərək, yeniyetmə gənclərin qəlyana maraq göstərməməsi üçün ciddi addımlar atılmasının vacibliyini bildirmişdi.  Bundan əlavə millət vəkili Araz Əlizadə də qəlyanın çəkilməsinə qarşı çıxaraq qeyd etmişdi ki,  Azərbaycanda sulu qəlyan tamamilə qadağan edilməlidir.

Millət vəkili Fazil Mustafa "Cümhuriyət” qəzetinə bildirib ki, əslində qəlyanın qadağan olunması məsələsi gündəmdə var: "Qapalı yerlərdə qəlyan ümumiyyətlə, qadağan olunmalıdır. Bütövlükdə qəlyan çəkilməsinə qarşı ictimai rejim tətbiq olunmalıdır.Bundan istifadə ortadan qaldırılmalıdır”.

Millət vəkilinin sözlərinə görə məsələ artıq qanuniləşir: "Qapalı yerlərdə qəlyan çəkilməsi ortadan qalxır. Amma ümumiyyətlə,qəlyanın ləğvi zaman məsələsidir. Qəlyan insan həyatı üçün həddindən artıq zərərlidir. Onun ağ çiyərə göstərmiş olduğu fəsadlarını ən azından mütəxəssislər yaxşı bilir”.

Qəlyanın təhlükələri...

Onu da bildirək ki, qəlyan adi siqaretlərdən daha təhlükəlidir.Nikotin, dəm qazı və ağır metalların qəlyanda olmasının elmi faktları var. Hər kəs bilir ki, siqaret əzələ artımının qarşısını almaqla yanaşı, kompleks şəkildə sağlamlığa ziyandır.Lakin bir çoxları əmindir ki, qəlyan siqaretdən daha təhlükəsizdir, onun tərkibindəki su tüstünü zəhərli qarışıqlardan təmizləyir.

Təəssüflər olsun ki, reallıqda qəlyan siqaretdən bir çox parametrə görə daha təhlükəlidir. Aromatlaşdırılmış tütün prosesi daha cəlbedici edir və yekunda 60 dəqiqəlik seans 100-200 siqaret çəkməyə bərabər olur. Baxmayaraq ki, qəlyan tütünü siqaret tütünündən daha yaxşıdır, burada nikotin tərkibi əsas göstəricidir.Siqaret tütünləri yoxlanılır və ciddi nəzarət, sertifikatlaşdırmadan keçir.Qəlyan üçün isə bu fərqlidir.Qəlyanda olan su filtri isə müsbət cəhətləri olmaqla, mənfi cəhətlərə də malikdir.Bir tərəfdən su 60-80% nikotini, 30-50% qətranı və digər bərk zərərli maddələri saxlayır.Digər tərəfdən soyudulmuş tüstü ciyərlərə daha dərin hopur və daha çox zərər gətirir.Siqaret qutusunun üstündə nikotinin tütündə olan fiziki tərkibi deyil, bir siqaretin çəkilməsi nəticəsində insanın ala biləcəyi nikotin dozası qeyd olunur.Lakin bu siqaretin çəkilmə texnikasından da asılıdır.Belə ki, siqaretin sıxılması və tez-tez çəkilməsi temperaturu yüksəldir ki, nəticədə nikotinin ifrazını çoxaldır.Bu qəlyan tütününə də aiddir.Real rəqəmlər qəlyanın hazırlanmasından, istifadə olunan kömürdən, nə qədər tütün və necə dərin çəkdiyinizdən asılı olacaq. Əgər siz qapalı yerdə çəkmisinizsə bu rəqəmlərə hiss olunacaq qədər təsir edəcək. Müasir siqaretlər mexaniki, kömürlü və sair ziyanlı maddələri saxlayan filtrlərə malikdirlər.Təbiidir ki, qəlyanda olan su tam filtr rolunu oynaya bilmir və məzmunca yalnız tüstünü soyudur. Qəlyan tüstüsündə olan ağır metalların miqdarı siqaretdən qat-qat üstün ola bilər. Aşağı temperatur isə nəfəs yollarına mənfi təsir göstərir. Həmçinin qəlyan kömürü də yandığı zaman bir çox ziyanlı maddələr ifraz edir, lakin onları heç kim test etmir. Qəlyanın ağ ciyərlər üçün olan təhlükəsi daha ifadəedilməzdir. Qəlyanın çəkilməsi zamanı tüstü daha dərin çəkilir və orta hesabla bir seansa insan orqanizminə adi siqaret tütününün 200 qatı daxil olur.Qəlyanın əsasən qapalı yerlərdə çəkilməsinin nəticəsində isə bu təsir daha da artır. Nəticədə qəlyanın çəkilməsi müxtəlif ağ ciyər xəstəliklərinin (xərçəng daxil olmaqla) yaranma ehtimallarını daha da artırır.

Cebhe.info





Həftənin ən çox oxunanları