Yuxarı

Məmurların ixtisarı gözlənilir

Məmurların ixtisarı gözlənilir

Vahid Əhəmdov: "Minlərlə müxtəlif dərəcəli məmurun saxlanmasına ehtiyac yoxdur”

Azərbaycan parlamentinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov aparılacaq struktur islahatlarının anonsunu verib. "Cümhuriyət” qəzeti xəbər verir ki, mətbuata açıqlamasında millət vəkili idarəetmə aparatının həddən artıq şişirdildiyini, buna görə də sürətli və çevik reaksiya göstərmək iqtidarında olmadığını diqqətə çatdırıb: "Təkcə nazirlikləri və menecerlər ordusunu azaltmağın yox, həm də dərin struktur islahatları aparmağın vaxtı çatıb”.

Vahid Əhəmdov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş inkişaf strategiyasında inzibati aparatın ixtisarı nəzərdə tutulub: "Görünür, tezliklə sistem dəyişiklikləri olacaq. Minlərlə müxtəlif dərəcəli məmurun saxlanmasına ehtiyac yoxdur.Ölkəyə strateji istiqamətlərdə işləyəcək hökumət tələb olunur.Aparatın ixtisarı idarələrin biznes sferasına müdaxiləsi kimi iqtisadiyyat üçün çox zərərli problemi aradan qaldıracaq.Həmçinin regional icra hakimiyyəti orqanlarının işlərinə müdaxilə problemi də mövcuddur”.
İslahat gözləntisi

Hələ Konstitusiyaya dəyişiklik ediləndə gözlənilirdi ki, Azərbaycanda dövlət aparatının ixtisar olunması və idarəetmə sahəsində islahatların aparılacağı gözlənilirdi.Dəyişikliklərdən sonra ilk dəfədir ki, müəyyən səviyyədə islahatların başlayacağının anonsu verilir.Vahid Əhmədovdan əvvəl baş nazirin müavini Əli Əhmədov da hökumətin optimallaşdırılacağını demişdi.Aparılacaq islahatlar haqda danışan Ə.Əhmədov vurğulamışdı ki, söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir. Mütəxəssislər də hesab edirlər ki, Azərbaycan kimi kiçik və maliyyə imkanları məhdud dövlət üçün 19 nazirlik, 9 dövlət komitəsi və digər saysız xidmət sahələrinin mövcudluğu məsrəfli işdir. Üstəgəl, köhnə - SSRİ-nin siyasi texnologiyasına əsaslanan dövlət aparatı müasir standartlara cavab vermir.Yeni dünya dövlətləri daha çox çevik və mobil hökumət formalarına üstünlük verirlər.Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayan qonşu Gürcüstan artıq bu metodologiyadan bir neçə ildir istifadə edir.Gürcüstanın dövlət aparatında cəmi 17 struktur fəaliyyət göstərir ki, bu ölkənin bütün sahələrinə çevik nəzarəti həyata keçirməsinə imkan verir.

Hökumətin "Yol xəritəsi”

Artıq Azərbaycanda ciddi struktur islahatlarının aparılacağı ilə bağlı məlumatlar rəsmi səviyyədə təsdiqini tapmağa başlayıb.Gələn məlumatlara görə, hökumət dövlət aparatını təşkil edən strukturların sayını maksimum təkrarlanan qurumları birləşdirmə və birdəfəlik ixtisarla 20-dək azaltmağı planlaşdırır. Ölkə başçısının "Yol xəritəsi”nə daxil olan planın icrasına il ərzində mərhələli formada başlanılacağı bildirilir. Ekspertlər hesab edirlər ki, dövlət qurumlarının sayının azaldılması həm büdcədən qənaətlə istifadəyə imkan yaradacaq, həm də ölkədə iqtisadi stabilliyə nail olmaq mümkün olacaq.Nəticədə pulun tədavüldə olan kütləsi şişən infilyasiyanın qarşısını almağa yönəldilə bilər.Əgər ciddi islahatlar vəziyyətin sosial partlayışla inkişaf etdiyi vaxtda aparılmasa, total böhran ciddi iqtisadi tənəzzül və iqtisadiyyatı çökdürəcək, yoxsullaşmanın faizini artıracaq devalvasiyaya səbəb olacaq.

İcra hakimiyyətləri hədəfdə

Yerli icra hakimiyyətləri orqanlarının öz fəaliyyətlərini düzgün qurmamaları da vəziyyəti kritikləşdirir ki, dövlət başçısının strateji planında bu məsələyə geniş yer ayrılıb və Vahid Əhmədov da buna toxundu.Məlumdur ki, icra hakimiyyətləri qanunvericiliklə tanınmış imtiyazlardan sui-istifadə edərək, dövlət əmlaklarını mənimsəyirlər, fərdi təsərrüfatlara şəxsi mənafeləri üçün müdaxilələr edirlər, regional inkişaf layihələri üçün ayrılmış dövlət vəsaitlərini mənimsəyirlər.Hesab olunur ki, bu kimi hallara qarşı mübarizəni gücləndirəcək hökumət regionlara daha işlək və texnokrat sayılacaq şəxsləri göndərəcək.Bu, bir çox icra başçısının öz postunu itirməsinə gətirib çıxaracaq.İslahatların tərkib hissəsi kimi kiçik rayon və şəhərlərin eyni icra strukturunda - regional aparatda birləşdirilməsi də gözlənilir.

Mənsur





Həftənin ən çox oxunanları