Yuxarı

Rusiyadan gələn pullara qadağa?

Rusiyadan gələn pullara qadağa?

Akif Nəsirli: "Azərbaycana daxil olan kapital aybaay azalır”

Rusiya Mərkəzi Bankının açıqladığı hesabata görə bu ilin ilk beş ayı ərzində ölkədən çıxarılan xalis kapitalın həcmi 22 milyard ABŞ dolları təşkil edib. Bildirilib ki, 2016-cı ilin analoji dövrü ərzində Rusiyadan xalis kapital axını 10,3 milyard dollar olub. Beləliklə, kapital axınında illik müqayisədə 2,17 dəfə artım qeydə alınıb. Nəzərə alsaq ki, Rusiyanın özündə də ciddi maliyyə böhranı hökm sürür və rubl ucuzlaşır.Bu baxımdan rəsmi Moskva ölkədən kapital axınında maraqlı deyil.

Bu kontekstdə Rusiyanın ölkədən pul çıxarılmasına qadağa qoyacağı istisna edilmir. Bəs Rusiya ölkədən pul çıxarılmasına qadağa qoyarsa, bu MDB ölkələrinə, o  cümlədən, Azərbaycana necə təsir edəcək? Nəzərə almaq lazımdır ki, Rusiyada kifayət qədər azərbaycanlı işləyir və ölkəyə xeyli miqdarda vəsait göndərir.

Bu hansı problemlərə yol aça bilərİqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə şərhində deyib ki, bu istiqamətdə təsirlər artıq 2 ilə yaxındır ki, davam edir:

 "Yəni, Azərbaycana və digər MDB ölkələrinə Rusiyadan kapital axını onsuz da azalıb. Əgər Rusiya bu kapital axınını nəzərə alaraq qadağalar tətbiq etsə, bu xırda vəsit göndərən şəxslərə və o vəsaitin hesabına dolanan ailələrə mənfi təsirini daha qabarıq şəkildə göstərəcək.Bu faktor Rusiyadan gələn kapital hesabına yaşayan insanların rifah halının zəifləməsinə gətirib çıxaracaq.Amma məsələ burasındadır ki, Rusiyadan kapital axınının tərkibinə nəzərə salsaq, xırda məbləğli göndərişlər hesabına şişməyib. Rusiyada son 2 ildə dərinləşən böhran nəticəsində kapitalını xaricə daşımaq imkanı olan insanlar, iş adamları var ki, bu axınının həcmi məhz onların hesabına şişir. Əgər hökumət bu istiqamətdə məhdudiyyətlər qoysa, bu Rusiyada işləyib ölkəsinə xırda vəsaitlər göndərən şəxslərə ciddi şəkildə təsir göstərməyəcək. Rusiya Mərkəzi Bankının açıqladığı 22 milyard məhz iş adamlarının biznesini daşıması hesabına artır. Göstərilən məbləğin əsas hissəsini məhz bu amil təşkil edir.Doğrudur, xırda göndərişlər də bu hesabata daxildir”.

Ekspert vurğulayıb ki, Rusiyadan Azərbaycana daxil olan kapitalın böyük əksəriyyəti qeyri-rəsmi olaraq ölkəyə daxil olur:

 "Ölkəyə bu cür gətirilən məbləğlər isə bu hesabata daxil deyil. Bu araşdırmalar əsasında Rusiya ölkədən kapital çıxışına qadağalar, məhdudiyyətlər tətbiq etsə, vətəndaşların öz ölkələrinə göndərdiyi pul vəsaitlərinin də göndərilməsində də problemlər yaranacaq.Amma Rusiyanın əsas problemi deyil.Əsas problemlərin müxtəlif yollarla xaricə kapital axınıdır.Rusiya son 2 ildə ciddi kapital axınına məruz qalıb.Bütün bunların fonunda Azərbaycana daxil olan kapital isə son iki ildə azalıb və azalmaq üzrə də davam edir.Qadağalar tətbiq edilsə də, edilməsə də Azərbaycana daxil olan kapital aybaay azalır.Hesab edirəm ki, bu qarşıdaki illərdə də davam edəcək.Bunun da əsas səbəbi kapital axınına qoyulan məhdudiyyətlər deyil, insanların artıq Rusiyada da pul qazana bilməməsidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları