Yuxarı

Ermənilər suyumuza zəhər qatır

Ermənilər suyumuza zəhər qatır

İşğalçı dövlət Arpaçayı da çirkləndirir

Telman Zeynalov: "Ermənilər beynəlxalq konvensiyalara qoşulmayıblar. O səbəbdən də istədiklərini edirlər”

Erməni faşizminin çirkin işğalçılıq siyasətindən əzab çəkən təkcə tarixi ata-baba torpaqlarımızın zəbt olunması, didərgin salınmış 1 milyon 200 min günahsız qaçqın və məcburi köçkünümüz deyil, həm də 25 ildən bəri ekoloji terrora məruz qalmış torpaqlarımızdır. Bu gün əkinə yararlı torpaqlarımızın 1milyon 700 min hektarı, yerüstü su ehtiyatlarımızın 70 faizi, keçilməz meşələrimizin yarıdan çoxu işğal zonasındadır.

Azərbaycan zaman-zaman düşmən ölkə tərəfindən ekoloji terrora məruz qalır. Bu təhlükə davam etsə də, vacib məqamlardan biri Ermənistanın addımına qarşı beynəlxalq təşkilatlardan reaksiyanın olmamasıdır. Ermənistandan Azərbaycana növbəti ekoloji təhlükə baş qaldırıb. Ermənistan vətəndaşlarından biri "Facebook” sosial şəbəkədəki səhifəsində Arpaçayın çirkləndirilməsi ilə bağlı videogörüntü paylaşıb. Görüntülərdən aydın görünür ki, çayın böyük bir hissəsi məişət tullantıları, plastik şüşə və digər zibillərlə çirkləndirilib. Çaya o qədər tullantı atılıb ki, suyun üzərində qorxunc vəziyyət yaranıb. Bununla da əhalini gələcək ağır faciələrə tuşlayıblar.

Qeyd edək ki,Ermənistan tərəfinin dəfələrlə istər Naxçıvan, istərsə də Qarabağ istiqamətində çaylara tullantılar, zəhərli və kimyəvi maddələr atması barədə informasiyalar yayılıb. Təəssüf ki, beynəlxalq təşkilatlar da bu problemə göz yumur. Bu kimi məsələlər dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırılsa da, həlli istiqamətində heç bir iş görülməyib.

Məsələni Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovla müzakirə etdik. Mərkəz rəhbəri "Cümhuriyət” qəzetinə açıqlamasında problemin həllini yalnız və yalnız torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsində görüb:

"1920-ci ildə Zəngəzur Ermənistana verildi. İndi də Qarabağ... Azərbaycan torpaqlarını azad etməli və məsələyə birdəfəlik son qoymalıdır. Ermənistandakı torpaqlarımızı da geri qaytarmaq lazımdır. Bu məsələ ilə bağlı beynəlxalq və Avropa məhkəmələrinə müraciət də olunsa, yenə Ermənistan qazanacaq. Qərar çıxarılacaq ki, onların tullantını atmağa yeri yoxdu. Ona görə də çaya tullayırlar. Çünki onlar digər konvensiyalara qoşulmayıblar. Elə o səbəbdən də istədiklərini edirlər. Azərbaycan da Ermənistanla bağlı heç yerə şikayət edə bilmir. Yeganə yol öz torpaqlarımızı almaq, Ermənistanı darmadağın edib torpaqları Azərbaycana birləşdirməkdir. Ermənilərin ömür boyu torpaqları olmayıb, qaraçıdırlar...Gəlib oturublar torpaqlarımızda, indi də başımıza çıxırlar”.

Beynəlxalq təşkilatların bu problemə göz yummasına gəlincə, T. Zeynalov deyib ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, islamla xristianlıq üz-üzə gəlib: "İndi üçüncü dünya müharibəsi gedir. Bu müharibə məhz islam-xristian müharibəsidir. Amma mən məəttəl qalıram ki, Rusiya da xristian ola-ola islama kömək edir. Qorxurlar ki, İslam dünyada gücü əlinə alacaq və 300, 500 il ağalıq edəcəklər. Məhz bundan qorxurlar”. 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları