Yuxarı

Peyvənd öldürür?

Peyvənd öldürür?

Vaksin bir bombadır, kimisini şikəst edir, kimisini isə dərhal...

Üçüncü dərəcəli adlandırılan bir çox ölkələrin səhiyyəsində peyvəndlərdən geniş istifadə edilir.Zamanla bu peyvəndlərin zərərli təsirləri, onun yaratdığı fəsadlar, ölüm halları haqda mətbuatda məlumatlar dərc edilsə də, səhiyyə işçiləri bu cür vaksinlərin zərərlərini inkar edərək valideynləri övladlarının sağlamlığı naminə onları peyvənd vurdurmağa səsləyir.Bu təcrübədən Azərbaycanın səhiyyə sistemində də geniş istifadə edilir.Xüsusən də polikinikalar uşaqların peyvəndlənməsində maraqlıdır.Dəfələrlə bundan ötrü evlərə zənglər edilir, hətta sadəcə olaraq müayinə üçün xəstəxanaya gətirilən körpəni də tələm-tələsik peyvənd etməyə hazırlaşırlar.

Əlbəttə, burada sual doğuran bir neçə məqam var: Bir çox inkişaf etmiş ölkələr peyvənddən imtina etsə də, Azərbaycan səhiyyəsi hələ də bu vaksinləri gündəlikdə saxlayır. 

Maraq nədir?

Digər bir sual isə bu peyvəndlərin kimlər tərəfindən ölkəmizə gətirilməsidir.

Görəsən millət vəkilləri nə düşünür?

Bir sıra qaranlıq məqamlara aydınlıq gətirmək üçün öncə dünya mediasından bir neçə məqaləni nəzərdən keçirdik.Bu gün peyvəndlər haqda yazılan məqalələrin sayı 300 mindən artıqdır.Xüsusən də Stop Mandatory Vaccination (stopmandatoryvaccination.com) saytında bu haqda geniş araşdırma yazılar, məqalələr yer alıb.

Burdan da əldə etdiyimiz məlumatlarda qeyd olunur ki vaksinlər insan səhhəti üçün ciddi təhlükə mənbəyi olmaqla bir sıra fəsadlara yol aça bilir.Peyvəndlərin yarada biləcəyi xəstəliklər, təhlükə hər zaman real olaraq dəyərləndirilir.Bu təhükə həm qısa müddəti, həm də uzun müddəti əhatə edə bilər.Hətta peyvəndlərin yaratdığı fəsadlar insanı son nəfəsinədək təqib edir.

Aaprılan araşdırmalar zamanı bəlli olub ki, peyvəndlər vəd edildiyi kimi heç də immun sisteminin möhkəmləndirilməsinə xidmət etmir.Bəzi ölkələrdə "mütəxəssislər" körpələrin müxtəlif mənşəli xəstəliklərdən qorunması üçün peyvəndləməni məsləhət bilir. Əlbəttə, valideynin bilgisizliyi bu istiqamətdə böyük problemlərə, hətta onun övladını itirməsinə səbəb ola bilər. Alimlər də bildirir ki, peyvənd qarşısıalınmaz xəstəliklərin, həyati təhlükənin yaranması üçün bir virus mənbəyidir.Hansı ki bir çox təhlükəli bakteriyalar və yoluxucu xəstəliklərin yaranmasında özəl rolu oynayır.Peyvənd alternativ olaraq insan səhhəti üçün təhlükəli preparat isə bu günədək istehsal edilməyib.Bu gün bir çoxlarımız da etiraf edirik ki, daha öncəki nəsillərlə müqayisədə xroniki və sağalmaz xəstəliklər çoxalıb.Bir çoxlarımız bu sualın cavabını tapa bilmirik.Əlbəttə, aparılan elmi araşdırmalar sübut edir ki, bədənimizi zəhərləyən bu cür peyvəndlər şəkər, zob kimi xroniki xəstəliklərin ortalığa çıxmasına səbəb olur.Həmçinin onkoloji xəstələrin sayının artması da bilavasitə peyvəndlərlə bağlıdır.Elm də bunu sübut edir. Elmi tədqiqatçılar bildirir ki, onun tərkibində olan simian virus -  SV40 xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Hələ də peyvəndin bir çox təsirləri araşdırılmamış qalır.

Vaksinin zərərlərini sadalamaqla bitməz: Beyin şişindən tutmuş, daimi arasıkəsilməyən baş ağrılarına, qanın tərkibinin qarışmasına, ən pis halda isə qəfil ölümlərə səbəb ola bilər. Konkret olaraq peyvənddən dünyasını dəyişənlərlə bağlı statistik rəqəmlər tam olaraq araşdırılıb hesabat formasında təqdim edilməsə də, zərərçəkmişlərin bir qisminə ödənilən kompensasiyanın məbləği bəllidir.1988-2016-cı illərdə federal hökumətlər tərəfindən vaksin qurbanı olan şəxslərin ailələrinə ümumuilikdə 3.4 milyard dollar kompensasiya verilib.

Peyvəndlər autizm xəstəliyinə səbəb olur

Bu müddətdə autizm xəstələri üçün də dəymiş zərərə görə kompensasiya ödənilib.Yəqin sizin üçün də maraqlı oldu ki, peyvəndlə autizm xəstəliyinin nə əlaqəsi.Azərbaycan səhiyyə sistemində bu haqda dolğun məlumat dərc olunmasa da, dünya mediasında, xüsusən də bir sıra tədqiqi saytlar tərəfindən aparılan araşdırmalarda qeyd olunur ki, autizm xəstəliyinin yaranmasında əsas mənbə məhz vaksinlərdir.Təkcə 1990-cı ildə autizm xəstələrinin sayı sürətlə artaraq hər 10 min uşaqdan birində aşkarlanıb.2000-ci ildə isə hər 150 uşaqdan birində autizm xəstəliyi aşkarlanıb.Bu gün isə mənzərə daha qorxuncdur.Belə ki, artıq 68 uşaqdan birində autizm xəstəliyi aşkarlanır.Aparılan araşdırmalar zamanı bəlli olub ki, peyvəndin yaratdığı fəsad kimi meydana çıxan autizm daha çox qız uşaqlarını özünə cəlb edib.

1986-cı ildə, yüzlərlə valideyn məhkəmədə vəsatət qaldıraraq bildiriblər ki övladları peyvənd olunduqdan sonra autizm xəstəsi olub.2011-ci ildə dərc olunan məqalədə- "Vaksinlərin zərərli təsirlərinə görə Kompensasiya Proqramının cavabsız qalan sualları" -, qeyd olunur ki autizm xəstəliyi beyin şişidir.Bu gün ABŞ-ın Milli Sağlamlıq və Tibbi Tədqiqatlar İnistitutu da apardığı araşdırmaların nəticəsi kimi peyvəndlərin autizmə səbəb olduğunu təsdiqləyir.CDC, FDA (Qida və Dərman Administrasiyası) tərəfindən hazırlanan hesabata görə də vaksinlər qaçılmaz bir riskdir.Bu cür təhlükəli tibbi preparatlar yalnız üçüncü dərəcəli ölkələrdə işləkdir.Alimlər qeyd edir ki, əsl immun sisteminin formalaşması üçün ana südündən daha faydalı ikinci vasitə yoxdur. Azərbaycandan fərqli olaraq İtaliya, Nigeriya, Madaqaskar, Ukrayna, Laos, Yaponiya, Latviya, Kanada, ABŞ, Britaniya, İsçeçrə, İsveç, Avstraliya, Fransa və Almaniyada isə ümumiyyətlə, yeni dünyaya gələn körpələr peyvənd edilmir. 

Tədqiqatların nəticəsi 

CDC tərəfindən aparılan tədqiqatlar qorxunc mənzərəni meydana çıxarıb.Qeyd olunur ki 18 yaşadək 30-a yaxın peyənd vurulan bu şəxslər digərləri ilə müqayisədə daha qabiliyyətsiz, bacarıqsızdı.Onların zehni inkişafı da digərləri ilə müqayisədə zəifdir. Bu cür uşaqların 50 faizindən çoxu yaşa dolduqca daha ciddi xəstəliklərdən, xüsusən də xroniki hal alan, sağalmaz xəstəliklərdən əziyyət çəkirlər. Bu uşaqların ölümünə başlıca səbəb isə xərçəng xəstəliyi olur, hansı ki, o da peyvəndin zərərli təsiri nəticəsində yaranır.Vaksinin yaratdığı fəsadlardan biri də qida allergiyaları və immun çatışmazlığı xəstəlikləridir.CDC-nin həkim heyəti tərəfindən hazırlanan hesabatda peyvəndlərin mindən artıq zərərli təsirləri haqda məlumatlar əksini tapır. CDC-nin elmi tədqiqatçısı, Viliam Thompson "Pediatrics" adlı jurnal üçün 2004-cü ildə hazırladığı məqalədə qısaca da olsa, özü və auitzm xəstəliyinin yaranma mənbəyi haqda məlumat dərc edərək bildirib: "Adım Villiam Thompsondur. 1998-ci ildən Xəstəliklərə Nəzarət və Ehtiyat Tədbirləri Mərkəzində baş elmi işçiyəm.Şəriklərim və mən apardığımız araşdırmalar zamanı bir neçə qənaətə gəldik. Bəlli oldu ki xüsusən də 36 aydan erkən MMR vaksininin vurulması autizm xəstəliyinə səbəb ola bilir. 

Vaksinlər bədənin immun sistemi üçün heç bir qarantiya vermir

Vaksin istehsalçıları da əminliklə vəd vermir ki, onların hazırladıqları bu preparatlar bir çox insanlarda müsbət təsirlər verə bilər.ABŞ-ın Milli Tibbi Kitabxanası tərəfindən aparılan 300-ədək elmi araşdırmalar da sübut edir ki, vaksin insan səhhəti üçün ciddi təhlükə mənbəyidir.

Bəzi vaksinlər haqda

Elmi ədəbiyyatda Hib vaksinlərlə  (Qrip kimi epidemiya xarakterli xəstəliklərdən qorunmaq məqsədi ilə vurulan) tanışlığın tarixi 1985-ci ildən başlayır. Bu vaksinlər 106 mində bir nəfərin ölümünə səbəb oldu.Hepatit b vaksinləri ilə tanışlıq isə 1991-ci ildən başlayıb.Bu peyvənd hepatit b daşıyıcısı olan analardan körpələrə xəstəliyin keçməməsi üçün icad edilib.
Hansı ki, 480 körpədən biri bu yolla xəstəlik daşıyıcısına çevrilirdi.Alimlər sübuta yetirir ki hepatit b təsadüfi əlaqədən deyil, qan-sümük xəstəliklərindən törəyərək digər şəxslərə keçə bilir.Bu səbəbdən təhlükəli vəziyyət yaranmadan körpələr bu riskdən uzaq hesab edilir.Poli vaksini 1955-ci ildə kəşf edilib.Elə həmin ildə də 1,043 nəfər bu vaksindən dünyasını dəyişib.Elə həmin ildə 13 min 850 nəfər bu peyvəndin təsirindən iflic olub.

Maraqlıdır, vaksinlərin istehsalı üçün səbəb kimi nə göstərilir?

Aparılan araşdırmalar zamanı bəlli olur ki, istehsalçılar bu cür preparatların istehsalında məqsəd kimi immun sisteminin möhkəmləndirilməsini göstərirlər.

Peyvəndlərin tərkibində olan civə maddəsi də insan səhhəti üçün ciddi təhlükə mənbəyidir.Qeyd olunur ki, civə xüsusən, qrip vaksinlərində inaktivdir.Civə hətta kiçik ölçüdə osla belə, insan səhhəti üçün ikinci ən zəhərli maddə hesab edilir.Civə insan orqanizmində yığılaraq, onun bütün orqan və toxumalarına təsir göstərir və müxtəlif xəstəliklər yaradır.Ən çox fəsadlar isə sinir sisteminə yetirilir.Nəticədə qoca dəli papaqçı xəstəliyi, minamat xəstəliyi və sair xəstəliklər zamanı mərkəzi və periferik sinir sistemində ağır dəyişikliklər baş verir.Eyni ilə peyvəndlərin tərkibində olan aliminium da müxtəlif xəstəliklər yaradır və yenə də əsasən sinir sistemini dərindən zədələyir.Misal olaraq, Alsqeymer və Parkinson xəstəliklərini göstərmək olar.

Vaksinlərin yarada biləcəyi təhlükələr haqda rəqəmlər də az məlumat vermir. Bir statistikaya nəzər yetirək: 13,033,274 vaksin olunmuş şəxs arasında 60 gün ərzində dünyasını dəyişənlərin sayı 15 min 455 nəfər olub. Bu rəqəm isə hər il 100 min nəfərə 442.5 nəfər ölüm deməkdir. 

Millət vəkili Fazil Mustafa da peyvəndlərin əleyhinədir. Cebhe.info-ya açıqlama verən millət vəkili bildirib ki, bu vaksinlərin mənşəyi bəlli olmadığı üçün onun faydasından danışmaq mümkünsüzdür: "Peyvəndlər ölkəmizdə istehsal edilmədiyi, mənbəyi bilinmədiyi üçün vətəndaşlarımıza vurulması çox təhlükəlidir. Biz əmin deyilik ki, bu peyvəndlər ölkəmizə kimlərin vasitəsilə daxil olur.Ehtimal var ki ermənilər tərəfindən ölkəmizə daxil olur. Belə də ola bilər. Bioloji olaraq belə bir təhlükə mövcuddur.Vaksinlərin təhlükələri, fəsadları haqda mediada kifayət qədər məlumat dərc edilib.Peyvənd vasitəsilə hansısa xəstəliklərin ötürülməsi mümkündür”.

F.Mustafa bildirir ki, yalnız üçüncü dərəcəli ölkələrdə bu ənənə mövcuddur: "Görmüsüzmü ki, hansısa inkişaf etmiş ölkədə başqa dövlətin istehsalçısı olduğu peyvəndlərdən istifadə edilsin? Bu cür peyvəndlər yalnız üçüncü dərəcəli ölkələrdə var. Səhiyyə Nazirliyi bu peyvəndlərin tərkibi ilə bağlı dolğun məlumat vermirsə, həkimdən bu haqda informasiya tələb etmək doğru deyil.Bu səbəbdən valideynlər övladlarının səhhətlərinə diqqətli olmalı, onlara peyvənd vurdurmaqdan imtina etməli, təbii yollarla böyütməlidirlər”.

Baş pediatr Nəsib Quliyev isə peyvəndin heç bir zərərli təsirinin olmadığını, əksinə, insanları ölümdən xilas etdiyini bildirib: "Peyvənd sayəsində hər il 3 milyon uşağın həyatı xilas edilir. CSC tərəfindən hazırlanan hesabatda bildirilir ki, peyvənd 21-ci əsrin ən böyük uğurudur.1400 ildən artıq yaşı olan peyvəndin alternativi yoxdur”.
Azərbaycan Respublikasının Milli peyvənd təqvimi isə belədir:

- Doğumdan sonra 12 saat ərzində Hepatit B xəstəliyinə qarşı Hep B peyvəndi;
- 4-7-ci gün BSJ:
- OPV, Vərəm əleyhinə peyvənd;
- Poliomielitə qarşı peyvənd;
2 aylıqda Hib -AGDT - Hepatit B:
- OPV B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı kombinəedilmiş peyvənd;
- Poliomielitə qarşı peyvənd;
3 aylıqda Hib -AGDT -Hep B
- OPV B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı kombinəedilmiş peyvənd;
- Poliomielitə qarşı peyvənd;
4 aylıqda Hib -AGDT -Hep B;
- OPV B tipli hemofil infeksiyaya,difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı kombinəedilmiş peyvənd;
- Poliomielitə qarşı peyvənd;
12 aylıqda QPM
- Vit A, Qızılça, parotit və məxmərəyə qarşı peyvənd;
18 aylıqda AGDT
- OPV;
- Vit A, Difteriya, göyöskürək və tetanusa qarşı kombinəedilmiş peyvənd;
- Poliomielitə qarşı peyvənd;
6 yaşında QPM
- ADT;
- Vit A, Qızılça, parotit və məxmərəyə qarşı peyvənd;
- Difteriya və tetanus əleyhinə peyvənd;
İndi isə doğulandan 12 saat sonra uşağa vurulan Hepatit B-nin tərkibinə nəzər salaq:
Miqdarı: 1 doza - 0.5 ml.

Tərkibində konservant olaraq - Timerasol (civənin orqanik formasi) 0.025 mq.və adyuvant olaraq (immun reaksiyanı artırmaq üçün) Aliminium hidroksid - 0.25-0,4 mq;

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları