Yuxarı

AXCP sədri harın məmur övladlarının cəzalandırılacağını vəd etdi: "Güzəşt olmayacaq"

AXCP sədri harın məmur övladlarının cəzalandırılacağını vəd etdi:

"Məmur övladlarının özbaşınalığı, qudurğanlığı, tərbiyəsizliyi, harınlığı hələ də gündəmdədir. Özləri özlərini gündəmdən düşməyə qoymurlar. Sadəcə, adam mat qalır ki, yəni bunların yüyənini yığmaq beləmi çətindir? Özündən demək olmasın, onların yüyənini bir gündə elə yığaram ki... Güzəşt yox!”

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. 

Partiya sədri şahidi olduğu özbaşınalıqdan da danışıb: "İçərişəhərdə oldum. Vəhşilik və özbaşınalıq hökm sürür. Küçələrdə getmək mümkün deyil. Belə görünür ki, rüşvətlə, tapşırıqla bütün qudurmuş və harınlamışlar İçərişəhərə keçməyə icazə alıblar. Elə bil trasdır. Belə biabırçılıq olarmı? Maşını birbaşa yüksək sürətlə insanların üstünə sürürlər. Bunu gözümlə gördüm. Əlacım olsa idi, "Porşe”nin sükanı arxasında oturan o "şampunçiklər"i maşından salıb döyər, arxasında duranı isə qanunun qılıncına keçirərdim.

Bu, belə də olacaq. Allah bizə imkan tanısın, xalqımız bizə inam göstərsin, o zaman şahidlik edərlər ki, qanunsuzluq girdabına düçar olanlar bizim qılıncımızın - qanun qılıncımızın iti ucundan başlarını xilas edə bilməyəcəklər. Güzəşt yox. Bu, belə də bilinsin!”






Həftənin ən çox oxunanları