Yuxarı

Azərbaycanın boşanma mənzərəsi: Hansı bölgədə nə qədər?

Azərbaycanın boşanma mənzərəsi: Hansı bölgədə nə qədər?

Bu gündən etibarən "Cümhuriyət” qəzetində silsilə yazılara başlayırıq. Hər nömrədə ayrı-ayrı sahələr üzrə (erkən nikah, qızların təhsildən yayınması, boşanma, işsizlik, iqtisadi inkişaf və s.) vəziyyəti, statistik məlumatları təhlil edəcəyik

İlk yazımızın mövzusu ailədaxili problemlər və boşanmalardır.Məlumata görə, Azərbaycanda hər ay mindən çox ailə dağılır.Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 47 min 388 nikah qeydə alınıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 9 ayında 10 min 977 boşanma olub. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub. Maraqlıdır ki, boşanmaların çoxu may ayına təsadüf edib. 

Qeyd edək ki, 2016-cı ildə 66771 boşanma olub. Nikahadaxilolma ən çox Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Cəlilabad və Masallı rayonlarında qeydə alınıb və müvafiq olaraq Bakıda 16 811, Sumqayıtda 2592, Gəncədə 2006, Cəlilabadda 1531 və Masallıda 1394 nikah bağlanıb. 66771 boşanmadan 13 114-ü Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Ağdam və Tovuz rayonlarında qeydə alınıb.Belə ki, boşanma əna çox Bakıda qeydə alınıb. Ötən il Bakıda 4369, Gəncədə 733, Sumqayıtda 608, Ağdamda 377 və Tovuzda isə 313 boşanma faktı baş verib. 

Ekspertlər hesab edir ki, ümumiyyətlə, böyük şəhərlərdə əhalinin sayı çox olduğundan boşananların da sayı kənd yerləri ilə müqayisədə artıqdır.Əvvəlki illərə nəzər salsaq, məlum olur ki, boşanmaların sayına görə ilk yerlərdə paytaxtdan sonra Gəncə və Sumqayıt qərarlaşır. Ekspertlərin fikrincə, kənd yerlərində boşanmalar az olmasına səbəb orada ictimai qınağın olmasıdır. Bundan əlavə orada ailə həyatı quran cütlüklərin çoxu bir-biri ilə qohumdurlar.İctimai qınaq burada rol oynayır.İnsanlar fikirləşirlər ki, qohumlarının, ağsaqqalların qınağına tuş gələ bilərlər.

Böyük şəhərlərdə isə vəziyyət bir qədər başqadır.İnsanların bu məsələdə rahatlığı var. Cütlük arasında münasibətlər gərginləşəndə belə özləri barədə soyuq başla qərar verə bilirlər.Bunun üçün ağsaqqal və qohuma da ehtiyac görmürlər.Bir sözlə, boşanma ilə bağlı hər hansı narahatlıqları yoxdur.Hesab edirlər ki, şəhər böyükdür və onları ətrafdan başqa tanıyan azdır.

Statistika Komitəsinin rəsmi hesabatında yaş qrupları, həmçinin evlilik müddətinə görə boşanmalar da təsnifləşdirilib. Ötən il 60 yaşdan yuxarı kişilər arasında 373 boşanma halı qeydə alınıb. 5 ildir evli olan kişilərin 45-i, 5 ildən 9 ilədək evil olanların 32-si, 10-19 il evli olanların 39-u, 20 ildən çox evli olanların isə 257-si boşanıb. Kişilərlə müqayisədə bu yaş təbəqəsində qadınlar arasında boşanma halları nisbətən az qeydə alınıb. Boşanan belə qadınların 11-i 5, 8-i 5-9, 15-i 10-19, 139-u isə 20 il və daha artıq müddətdə boşandıqları şəxslə evlilik həyatı yaşayıb. Hətta 20 illik ailələr belə dağılır. Sosial problemlərin, qayğıların artması, kişi xəyanəti 20 illik evliliyə də son qoyur. Reallıq ondan ibarətdir ki, Azərbaycan ailəsində övlada görə əksəriyyət boşanmağa üstünlük vermir.Bütün problemlərə, qayğılara, hətta xəyanətə də tab gətirənlər dözümlük nümayiş etdirib ailə institutunu qorumağa çalışırlar.Amma bu da çox uzun sürmür və nəticədə partlayışa səbəb olur.Son illər mənzərə daha fərqlidi.

Boşanmaların sayı nikaha girənlərin sayını üstələyir. Bu acınacaqlı mənzərəyə görə təbii ki, cəmiyyətin məsuliyyəti var. Son 25 ildə Avropa və latın Amerikası həyat tərzini təbliğ edən seriallar məişətimizə daxil olub. İnsanlar sanki serial xəstəliyinə tutulub.Televiziya seriallarına aludəçilik insanları öz real həyatlarından kənarlaşdırır, təsir altına salır.Halbuki seriallardakı həyat real deyil.Bayağı seriallar gənc nəslin savadsızlaşmasına, cahil bir cəmiyyətin formalaşmasına gətirib çıxarır.Son nəticədə isə ölkədə ailə institutunun dayanıqlılığı pozulur, ailədaixli konfliktlər artır, boşanmalar çoxalır.

Alçina Amilqızı







Həftənin ən çox oxunanları