Yuxarı

Azərbaycanda hər 5 ailədən biri dağılır - Dəhşətli statistik

Azərbaycanda hər 5 ailədən biri dağılır - Dəhşətli statistik

Azərbaycanda dəhşətli boşanma tendensiyası hökm sürür.Azərbaycanda son 10 ilin mənzərəsinə nəzər salanda boşanma hallarının nikaha girənlərdən daha çox olduğunu görmək mümkündür. Həmin mənzərəni təqdim edirik:

Azərbaycanda son 10 ilin boşanma statistikası belədir : 2007-ci ildə - 8340, 2008-ci ildə - 7933, 2009-cu ildə - 7784, 2010-cu ildə - 9061, 2011-ci ildə - 10747, 2012-ci ildə - 11087, 2013-cü ildə- 11730, 2014-cü ildə - 12088, 2015-ci ildə - 12886, 2016-cı ildə - 13114 boşanma qeydə alınıb. 2017-ci ilin noyabrına qədər olan müddətə görə isə 13986 bosanma olub.
Qeyd olunan dövr üçün, yəni son 10 ilin nikah mənzərəsi isə belədir: Belə ki, 2007-ci ildə - 81758, 2008-ci ildə -79964, 2009-cu ildə -78072, 2010-cu ildə-79172, 2011-ci ildə -88145, 2012-ci ildə 79065, 2013-cü ildə -86852, 2014-cü ildə -84912, 2015-ci ildə -68773, 2016 -cı ildə -66771 nəfər nikaha girib. 2017-ci ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah qeydə alınıb. Bu dövr üçün əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, bundan öncə Azərbaycanda 2017-ci ilin yanvar-sentyabr aylarında 47 min 388 nikah və 10 min 977 boşanma halları qeydə alınmışdı.

Rəqəmlərdən göründüyü kimi illər öncə nikaha girənlərin sayı boşanmaları üstələyirdi. Hazırda isə bu proses əksinə cərəyan edir. Belə ki, boşanmalar nikaha girənlərin sayından ikiqat çoxalıb.
Bir sözlə, rəqəmlər Azərbaycanda boşanmaların ildən-ilə artdığını təsdiq edir.Bu onu göstərir ki, boşanmaların sayının artması ölkədə ailə münasibətlərində ciddi böhranın olduğunun göstəricisidir.Ekspertlərin fikrincə, ailələrin dağılmasında təməlin düzgün qurulmaması və əsasən xəyanətin payı çoxdur.Xəyanətə səbəb isə ailə başçısı olan kişilərin ailəsinə, evinə normal qazanc gətirməməsidir.Son vaxtlar müaşhidələr onu göstərir ki, qadınlardan fərqli olaraq kişilər bu məsələdə daha çox dözümlülük nümayiş etdirir.

Əslində boşanmanı əks etdirən rəsmi rəqəmlər reallığı göstərmir.Belə ki, boşanma halları göstərilən rəqəmlərdən çoxluq təşkil edir.Həmçinin, statistik göstəricilərə əsasən boşanma halları daha çox uşaqlı ailələrdə olur.Azərbaycanda ər-arvad boşandıqdan sonra əsas problemlər də bu ailələrdə yaranır.Ər-arvad ayrıldıqdan sonra ortaya çıxan əsas problemlər uşaqların hansı valideynin yanında qalması, mənzil problemi, alimentin ödənilməməsi, qeydiyyatla bağlı olur.İllər öncə çoxuşaqlı ailələr boşanmazdılar.Çünki belə ailələr onların daha çox məsuliyyətə sahib olduğunu düşünürdü.Hesab edirdilər ki, ailədə uşaqlar varsa, ailəyə daha çox bağlanmaq lazımdır.Son zamanlar isə bunu düşünən yoxdur.İstər uşaqlı, istərsə də uşaqsız ailələrdə boşanmalar artmaqda davam edir.Artıq bu məsələ qarşısıalınmaz hala çevrilib.Ekspertlər boşanmalarla bağlı həyəcan təbili çalır və ailələri düzgün, təməlli ailə modelinə əməl etməyə çağırır.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları