Yuxarı

“Palma yağı kərə yağı adı altında istehlakçılara satılır” – Ekspert

“Palma yağı kərə yağı adı altında istehlakçılara satılır” – Ekspert

yag

“Ölkəmizə 2014-cü ildə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub”. Bu barədə kənd təsərrüfatı üzə ekspert Vahid Məhərrəmov məlumat verib. “Görəsən bu qədər yağ hara gedib? Yəqin ki, kərə yağı, yağlı pendir, qaymaq, bitki yağı, dondurma, yağlı süd, xama istehlak etmisiniz. Gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi açıqlanmır. Əlbəttə, bu qədər yağın gətirilməsi şübhə doğurur”, - deyə V. Məhərrəmov qeyd edib.

Ekspert bildirib ki, palma yağı kərə yağı adı altında istehlakçılara satılır. Vahid Məhərrəmovun sözlərinə görə, xarici görünüşünə görə kərə yağına çox oxşardır: “Bundan başqa, bu yağdan süd, pendir, xama, dondurma və digər süd məhsullarının istehsalında yağlılıq dərəcəsini artırmaq məqsədilə istifadə edirlər. Palma yağının 1 kiloqramının idxal dəyəri 60 qəpik civarındadır. Təsəvvür edin, palma yağının tərkibinə müxtəlif aromatizatorlar vuraraq kərə yağı kimi satışa çıxarır və dəyərindən 8-10 dəfə baha qiymətə satırlar. Görün nə qədər gəlir əldə edilir. Belə hallar kifayət qədər geniş yayılıb. Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq hansı məqsəd üçün istifadə olunduğu sual doğurur”.





Həftənin ən çox oxunanları