Yuxarı

AXCP sədrinin seçkidə iştirakı: Şəhidlər Xiyabanı və Əbülfəz Elçibəyin məzarını ziyarətlə başladı

AXCP sədrinin seçkidə iştirakı: Şəhidlər Xiyabanı və Əbülfəz Elçibəyin məzarını ziyarətlə başladı

Xəbər verirldiyi kimi, AXCP sədri Razi Nurullayev 11 aprel prezident seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlərdəndir. Partiya sədri seçkilərdə iştirakını Şəhidlər Xiyabanını, mərhum prezident, Milli - Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını, aprel şəhidlərinin ailələrini, Türk şəhidliyini, 20 Yanvar şəhidlərini ziyarətlə başlayıb. 

Cebhe.info xəbər verir ki, bu barədə AXCP sədri Razi Nurullayev özü məlumat verib: "Baş leytenant Mirzə Novruzov Goranboyun Tapqaraqoyunlu kəndində şəhid olub. Nəşi ən gec gələn aprel şəhididir. Bundan əlavə, Rusif Ağayevlə, gizir Seymur Baxışovla bağlı söhbətlər etdik, dinlədik və ürəyimiz parçalandı. Şəhidlərimizin qanı yerdə qalmayacaq! Şəhidlər Xiyabanında Salatın Əsgərovanı, Alı Mustafayevi, Təbriz Xəlilbəylini və digərlərini bir-bir yad etdik, qərənfil qoyduq. Həzi Aslanovun də abidəsinə qərənfil düzdük!”. 

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları