Yuxarı

Azərbaycanın "yandıran" və "donduran" illəri - ARAŞDIRMA

Azərbaycanın


Son günlər ölkədə dəyişkən hava şəraiti müşahidə edilir. Belə ki, bu gün yağış yağdığı halda, sabah günəşli havanı rahatlıqla müşahidə edə bilirik. Havanın belə anormal keçməsi isə bu il də qarın yağmayacağı fikrini yaradır. Bildirək ki, dekabrın 3-ü Dünya Meteorologiya Təşkilatının Madriddə keçirilən iqlim üzrə COP25 konfransındakı məruzədə cari onilliyin meteoroloji müşahidələrin başladığı vaxtdan bəri ən isti dövr ola biləcəyi deyilib.
Həmçinin məruzədə qeyd edilib ki, 2019-cu ildə dünya temperaturu (yanvar ayından oktyabra qədər olan məlumat) sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,1 dərəcə yüksək olub. Cari il meteoroloji müşahidələrin başlandığı vaxtdan indiyədək qeydə alınan ən isti illər arasında ikinci və ya üçüncü yeri tutacaq. Ən isti il isə əvvəlki kimi 2016-ci ildir. "Sonuncu beşillik (2015-2019-cu illər) və onillik (2010-2019-cu illər) isə çox güman ki, meteoroloji müşahidələrin başladığı vaxtdan bu yana ən isti dövrlər olacaq. Maraqlıdır, Azərbaycanda son 10 ilin ən isti və ən soyuq ili hansı olub?
Cebhe.info xəbər verir ki, 10 ildə ən sərt qış 2012-ci ildə müşahidə edilib. Belə ki, bu ilin yanvar ayının 25-dən fevralın 5-dək temperatur mənfi 11-12 dərəcə olub. 2012-ci ildən sonra isə o dərəcədə şiddətli soyuq müşahidə edilməyib. Bakı şəhərində sonuncu qar isə 2014-cu ilin fevral ayının 1-də yağıb. Xatırladaq ki, son 5 ildə paytaxta qar yağmayıb. Eyni zamanda Azərbaycanda ən isti yay isə dünyada olduğu kimi 2016-cı ildə qeydə alınıb. Hətta ekspertlər sonuncu dəfə belə istiyə hadisədən 10 il əvvəl , yəni 2006-cı ildə rastlandığını bildiriblər. 2016-cı ilin avqust ayında 10 gün ardıcıl olaraq 37 dərəcədən aşağı temperatur müşahidə edilməyib. Gündüzlər, əsasən, 40-42 dərəcə temperatur hökm sürüb. 
Səyad Həsənli





Həftənin ən çox oxunanları