Yuxarı

"İşbazlar”ın sevimli sözü: "Halal” məhsul əslində necə olmalıdır? - XATIRLATMA

Azərbaycanda yerli müəssisələrin əksəriyyəti öz məhsullarını müzakirəyə çıxarmağı xoşlamır, məhz buna görə də qiymətləndirməni  özləri həyat keçirirlər. 

Hətta əksərən "halaldır”, "özüm də istifadə edirəm” kimi sözlərdən istifadə edərək insanları inandırmağa çalışırlar. Lakin dünya standartlarına uyğunlaşmaq üçün bu yolu seçmək heç də uğurlu deyil. Çünki dünyada halal standart və halal sertifikatlaşdırmadan geniş istifadə edilir və dünya standartlarına uyğunlaşma yollarından biri də müəssisənin neytral qurum tərəfindən qiymətləndirilməsidir. Halal standart nədir və necə verilir?

Cebhe.info xəbər verir ki, halal standart məhsulun halal qaydalara uyğun gəlməsidir. 

Əgər məhsul halallıq standartlarına cavab verirsə, bu, sənəddə öz təsdiqini tapır, yəni onun halallıq sertifikatı olur. Adətən, hər hansı bir istehsalçı məhsulu ilə bağlı bu sertifikatı əldə etdikdə məhsul üzərinə "Halal” loqosu vurur. Bu isə öz növbəsində insanların seçimini asanlaşdırır. 

Çünki bu loqo olan zaman məhsulların keyfiyyətini araşdırmağa ehtiyac qalmır. Məhsullarını halal qida prinsiplərin uyğun istehsal edən şirkətlər "Halal” sertifikata rahatlıqla müraciət edə bilərlər. Lakin bəzən standartı sertifikatlaşdırma prosesini öz üzərinə götürən qurum heç bu fəaliyyəti həyata keçirmək üçün uyğun olmur. Qurumun məhz bu iş üçün xüsusi imkanları olmalıdır. Məsələn, ilk növbədə bu sahədə təcrübəsi olan mütəxəssisə, konkret standart və halal sertifikatlaşdırma qaydalarına malik olmaq tələbi var. Bununla yanaşı, həmin qurum sadəcə halal sertifikatlaşdırma sahəsinə daxil olan məhsul və xidmətlərin sertifikatlaşdırılması ilə məşğul olmalıdır. 

Qeyd edək ki, "Halal qida” anlayışı beynəlxalq "The Codex Alimentarius” komissiyası tərəfindən "İslami qaydalar çərçivəsində istehsalına icazə verilən qida” mənasını daşıyır. İslami qaydalara görə, sertifikat qadağan olan hər hansı bir ünsürü ehtiva etməyən, qatqılardan təmizlənmiş yerlərdə və ya cihazlarda hazırlanan və qablaşdırılan məhsul olaraq xarakterizə olunur. 

Səyad Həsənli 





Həftənin ən çox oxunanları