Yuxarı

"Özünü qoru, çevrəni xilas et": Daha bir jurnalistdən ÇAĞIRIŞ

"Özünü qoru, çevrəni xilas et": Daha bir jurnalistdən ÇAĞIRIŞ

Xəbər verdiymiz kimi, Azərbaycanda media nümayəndələri "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatında birləşib.

Hərəkatın təşəbbüskarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovadır. Məqsəd koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, durumun ciddiliyinin vətəndaşlar tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi istiqamətində maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsidir. Hərəkat üzvləri virus təhlükəsindən uzaq durmaq üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edir.

Növbəti çağırış "Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının redaktoru Elnarə Kərimovadan gəlib.

Jurnalist xüsusilə son günlər ölkədə virusa yoluxma hallarının artdığını vurğulayaraq vəziyyətin təhlükəli həddə çatmaması üçün vətəndaş məsuliyyətinin də vacibliyini vurğulayıb:"Dövlət tərəfindən görülən tədbirlərə ictimai dəstək olmadığı halda müsbət nəticəyə ümid etmək mümkün deyil. Bu, təkcə koronavrusla mübarizədə yox, bütün digər sahlərdə də özünü təsdiqləyib. İctimai, media dəstəyi olduqca vacibdir. Məsələn, bizim redaksiya karantin günlərində fəaliyyətini demək olar ki, bütünlüklə ev şəraitində davam etdirir. Bununla təkcə əməkdaşlarımızı, özümüzü qorumuruq, həm də çevrəmizi qorumağa çalışırıq. Bu baxımdan, qoyulan qaydalara əməl olunması vacibdir və ancaq ictimai təpki olduğu halda bu bəlanın daha az itki ilə dəf edə bilərik. Hər kəsin ətrafında qaydalara riayət etməyənlər ola bilər. Bunun fəsadları barədə məlumat vermək, qoruyucu vasitələrin onların və ətrafındakıların həyatını xilas edə bilcəyinə inandırmaq lazımdır”.

Qeyd edək Hərəkatda İradə İbrahimova, deputat Qənirə Paşayeva, Aynur Camal, Rəşad Məcid, Vüqar Rəhimzadə, Emin Musəvi, Nurşən Quliyev, Ləman Ələşrəfqızı, Mehriban Məmmədova, Murad Əliyev, Elçin Zahiroğlu, Elnarə Kərimova (Əlosmanqızı), Əfqan Qafarlı, Mahir Məmmədli, Həbibə Abdulla, Elnur Məhərrəmli, Gülşən Raufqızı, Namidə Bingöl, Səmayə Məmmədova, Elnur Kələntərli, Elman Cəfərli, Günay Malikqızı, Azər Qismət, Ramina Eyvazqızı, Səbuhi Qafarov, Əlişir Əhəd, Mais Ağayev, Vüqar Hüseynov və digərləri təmsil olunur.





Həftənin ən çox oxunanları