Yuxarı

Gənc yazarın ilk kitabı işıq üzü gördü

Gənc yazarın ilk kitabı işıq üzü gördü

Gənc yazarın ilk kitabı işıq üzü gördü

Ölkəmizdə istedadlı, bacarıqlı gənclər çoxluq təşkil edir. Belə gənclərdən biri də Rövşən Şərifdir.

O, bu il Azərbaycan Dillər Universitetinin məzunu olub. Tələbəlik illərindən "SuccessWay" təlim proqramının rəhbəri və təlimçisi, eyni zamanda "Loqos" Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin İctimai Birliyinin Gənclərlə iş şöbəsinin Biznes departamentinin sədri vəzifələrində çalışır. Rövşən həm də istedadlı gənc yazarlarımızdandır.

O, yaradıcılığında həm nəzm, həm də nəsr janrına müraciət edir. Ötən ay onun lirik şeirlərindən bir neçəsini "Cümhuriyət"qəzetində dərc etmişdik. Bu günlərdə isə Rövşənin "Həyatın rəqsi"adlı ilk kitabı işıq üzü görüb. "Həyatın rəqsi" kitabında eyniadlı povest yer alıb. Bildiyimiz kimi, yazıçılar tərəfindən povest yazılarkən təxəyyül və reallıq dərk edilərək yazılır. Bu baxımdan əsərdəki hadisələr psixoloji, qəribə, həyəcanlı və gözlənilməz anlara söykənib.

"Həyatın rəqsi" insanı motivasiyaya, mübarizliyə kökləyir. Povestdəki bəzi hadisələr isə real həyatdan götürülüb və əsərin qəhrəmanının başına gələn əhvalatlardan ibarətdir. Qeyd edək ki, gənc yazar Rövşən Şərifin ilk kitabı tirajı 100 ədəd olmaqla "Kitab çapı" Çap Mərkəzi tərəfindən nəşr edilib. "Həyatın rəqsi" artıq kitab mağazalarında satışa çıxarılıb və oxucularının yolunu gözləyir.

Sevinc Tapdıqqızı





Həftənin ən çox oxunanları