Yuxarı

Baş redaktor: "190 manatla yaşamaq mümkün deyil, kompensasiya azı 250 manat olmalıdır"

Baş redaktor:

Baş redaktor: "190 manatla yaşamaq mümkün deyil, kompensasiya azı 250 manat olmalıdır"

"Operativ Qərargah pandemiya, sərt karantinin avqustun 31-dən sonra da davam etməsiylə bağlı qərar versə, hökumət kompensasiya məsələsinə yenidən baxmalıdır”.

Bunu Cebhe.info xəbər portalı və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, 190 manat kompensasiya yetərli deyil: "Çünki bahalaşma var və bunu vətəndaş hər gün öz üzərində hiss edir. 190 manatla yaşamaq mümkün deyil. Kompensasiya minimum əməkhaqqı həcmində, yəni 250 manatdan az olmamlıdır. Hökumət Neft Fondundan konkret olaraq kompensasiya məqsədilə xüsusi vəsait ayırmalı və onun vətəndaşlara çatıdırılmasını yeni metodlarla təmin etməlidir”.

R.Becanovun fikrincə, indiyə qədər müxtəlif fikir, bəhanəylə ehtiyacı olan kəsimin bir hissəsi həmin 190 manatı ala bilməyib: "Prosesin həyata keçirilməsi zamanı yol verilən subyektiv yanaşmalar insanları narazı salıb. Ona görə də yeni formada, tam dəyişikliklə bu proses həyata keçirilməlidir və o zaman isə "maşını var”, "adına torpaq var” və s. subyektivizmə yol vermək olmaz. Düşünürəm ki, müvafiq strukturlar bununla bağlı işləyir. İnsanların minimum ehtiyaclarını ödəmək günümüzün tələbidir”.





Həftənin ən çox oxunanları