Yuxarı

“Əfqanıstan sindromu” və Rusiyanın “ağrıkəsici” siyasəti

“Əfqanıstan sindromu” və Rusiyanın “ağrıkəsici” siyasəti

  Petty Officer 2nd Class Alonzo Gonzales, a Hospital Corpman with Kilo Company, 3rd Battalion, 3rd Marine Regiment, walks through an alley looking for signs of sickness or disease during Operation Mavericks, an operation that Marines conducted to capture suspected Anti Coaltion Forces in the vicinity of Methar Lam, Afghanistan on March 19, 2005. 3rd Battalion, 3rd Marines is conducting security and stabilization operations in support of Operation Enduring Freedom. (U.S. Marine Corps photo by Corporal James L. Yarboro) Released

Rusiyanın Suriyadakı əməliyyatları hər iki ölkənin siyasi həyatında, həm də dünyanın siyasi səhnəsində önəmli hadisə oldu. Son 25 ildə ilk dəfədir ki, Kreml rəsmi olaraq xaricdə irimiqyaslı hərbi əməliyyatlar keçirir. Bu əməliyyatlar nə qədər “sülhməramlı addım” kimi qələmə verilsə də, Moskvadakı siyasi dairələr də Suriyaya hərbi müdaxilənin məhz strateji xarakter daşıdığını etiraf edirlər.

Moskva necə ürəkləndi?

“Əfqanıstan sindromu” artıq geridə qalıb. 1989-cu ildə SSRİ qoşunları Əfqanıstanı tərk edərkən, Moskva uzunmüddətli bədbinliyə düçar oldu. Vaxtaşırı olaraq Yaxın Şərqdəki proseslərə “siyasi aktor” kimi qatılan, lakin kənardan hansısa tərəfə silah satmaq və bəyanatlar verməklə kifayətlənən Kreml bu dəfə başqa yol tutdu. Prinsipcə, başqa yol da görünmürdü. Bir vaxtlar Misir “Bəəs”çilərinin dəstəkçisi olan Moskva sonradan Suriyadakı Əsəd rejimi ilə qane olmağa, Yaxın Şərqdəki yeganə istinadgahı kimi məhz Dəməşqdən yararlanmağa məhkum idi. Putin onsuz da son 4 ildə Suriya və İrana hərbi-texniki dəstək verən əsas qüvvə kimi yada düşürdü. Sadəcə, rəsmi olaraq və həm də daha irimiqyaslı şəkildə rus qoşunlarının Suriyada “anti-terror mübarizəsinə qoşulması” həm Putinin bölgədəki “güc təsdiqləmə cəhdi” kimi anlaşıla bilər. Rusiya və İrandan başqa, Suriyaya dəstək verən dövlət kimi Çin də qeyd oluna bilər, lakin Çinin bölgədəki fəallığı o qədər də nəzərəçarpan deyil.

İranı itirmək qorxusu

ABŞ-ın Suriyadakı hava əməliyyatlarının bir ili tamam olduqda, “dünyanı fakt qarşısında” qoyan Rusiya “qollarını çırmalayaraq”  işə başlayıb və artıq ciddi nəticələr də əldə etmək üzrədir.

Əsəd qoşunları ilə, “Hizbullah” və İranın göndərdiyi xüsusi təyinatlılarla sıx əməkdaşlıq edən Rusiya qüvvələri kəşfiyyat baxımından da, yetərincə məlumatlı görünür. İranla nüvə sazişindən sonra, bölgədə möhkəmlənmək üçün ABŞ-ın ümidləri daha da artmış, İranı itirməklə bağlı isə Moskvanın narahatlıqları yaranmışdı. Bu əməliyyatlar həmçinin İrana da “jest” hesab edilə bilər.

Çünki İran-Rusiya münasibətlərinin daha da sıxlaşmasına Suriyadakı proseslər ciddi təsir göstərəcək.

Digər tərəfdən, Suriya ələvilərinin ekstremist sünni və vəhhabi qruplaşmaları tərəfindən sıxışdırılması, İraqdakı bəzi sünni qruplarının İŞİD-i dəstəkləməsi İraqdakı şiə amilini də risk altında qoyurdu.

suriya1Şiələrin pravoslav dostları

İraq  ABŞ-ın nəzarətindədir, lakin Bağdaddakı şiə hökumətini “Amerikaya ölüm!” şüarlarından əksik olmayan Tehran da dəstəkləyir. “Sosial sifariş” olaraq şiələrin İrana daha çox meyl göstərməsi və İrandan, Livandan könüllü şiə döyüşçülərinin Bağdad ətrafındakı müqaviməti reginonun siyasi gələcəyinə mühüm “investisiya” oldu. Buna görə də, Rusiyanın bölgədəki şiə amilindən yararlanmağa çalışması, məhz strateji gediş sayıla bilər. Rusiyanın Suriyaya girişini risk adlandıran ekspertlər də var ki, çoxdinli və polietnik bir dövlət olan Rusiya üçün terror təhdidlərinin artması baxımından, onların da rəylərini nəzərə almaq lazımdır. “Suriya kampaniyası” nə qədər güc nümayişi olsa da, digər tərəfdən iqtisadi əhəmiyyət daşıyır. Düzdür, uzunmüddətli hərbi kampaniya üçün Moskvanın maliyyə resursları məhduddur, lakin “bütün bəlaların səbəbkarı olan neft ucuzlaşması”nı dayandırmaq və ərəb monarxlarına təsir göstərmək üçün Rusiyanın Suriyaya müdaxiləsi əlverişli mexanizm rolunu oynaya bilər. Ara-sıra müxalif mövqelərinə endirilən zərbələr də məhz ABŞ və Səudiyyə rəsmilərini narahat etməyə, danışıqlara “həvəsləndirməyə” xidmət edir. Məhz buna görədir ki, Suriyadakı sünni təmayüllü qruplaşmaları maliyyələşdirən Səudiyyə kralı digər tərəfdən öz oğlu Məhəmməd bin Salmanı Rusiyaya danışıqlara göndərir. Artıq proseslər Rusiya amilini və Əsəd rejiminin varlığını qəbul etmək ətrafında inkişaf edir.

Əsədin varlığı ilə barışmaq

Bundan bir neçə ay əvvəl isə nə ABŞ rəsmiləri, nə də ərəb monarxları Əsəd haqqında bir kəlmə də eşitmək istəmirdilər. ABŞ maliyyə təzyiqləri altında Çinin Rusiyanı dayandıracağına ümid edir, lakin Rusiyadakı “sosial sifariş”in də burda mühüm rol oynadığı nəzərə alınmır.

İŞİD və dini ekstremizm ABŞ və Avropadan əvvəl dünyanın ən böyük dövləti Rusiya Federasiyası üçün təhdiddir və Donbassda baş verən proseslərə nisbətən, sadə Rusiya vətəndaşları Suriya məsələsinə daha təmkinlə yanaşırlar. İŞİD-in təhdidlərinə qaldıqda isə, bunu Moskva da lazımınca qiymətləndirir və buna görə də, quru əməliyyatları və daha çox rus qoşunlarının Suriyaya göndərilməsi istisna olunur. Rusiyanın açıq mövqeyi ondan ibarətdir ki, burda terrorçuların genişlənməsinə son vermək və tərəfləri Əsədin də oturduğu danışıqlar masasına cəlb etmək lazımdır.

Miqrasiya problemi və Donbassda “atəşkəs” gözbağlıcası

Avropa siyasətçiləri arasında da əvvəlki anti-Rusiya əhvalı bir qədər “səngiyib”. Qaçqın böhranı qarşısında çıxılmaz vəziyyətdə qalan avropalı siyasətçilər bu müharibəyə hər vasitə ilə son verməyə çalışır. Həmçinin son bir həftə içində Ukraynada atəşkəsin əldə olunması, separatçıların güzəştlərə getməsi və təmas xəttindən ağır artilleriyanın geri çəkilməsi Brüsseldə müəyyən ümidlər yaradıb. Hərçənd Avropada da anlayırlar ki, Putin manevrlər edir. Sadəcə, indiki vəziyyətdə Donbassdakı “sakitlik” Avropa üçün “ağrıkəsici” rolunu oynayır. Rusiya da başa düşür ki, sonsuza qədər bir neçə cəbhədə döyüşə bilməz.

Rüfət Əhmədzadə





Həftənin ən çox oxunanları