Yuxarı

“Suriyanın xarabalığa çevrilməsi rusları maraqlandırmır”

“Suriyanın xarabalığa çevrilməsi rusları maraqlandırmır”

[caption id="attachment_1311" align="alignleft" width="400"]uzeyir ceferov Üzeyir Cəfərov: “Moskva Türkiyə kimi nəhəng bir güclə konfliktə getməyi istəməz”[/caption] “Mən əsla Türkiyənin Rusiya ilə hərbi müqayisəsinin aparılmasının tərəfdarı deyiləm. Əvvəla, güclər və imkanlar müxtəlif olduğuna görə. İkincisi də Türkiyə bu gün NATO-nun aparıcı dövlətlərindən və ən hazırlıqlı Silahlı Qüvvələrinə malik ölkələrindən biridir”.   Bunu “Cümhuriyət”ə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O. bildirib ki, bunu Rusiya tərəfi də bilməmiş deyil: “Hər halda son illər iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq genişləndirildiyi kimi, hərbi sahədə də yeni-yeni imkanlar müqavilə və saziş şəkilində öz məntiqi sonluğunu tapır. Təsadüfi deyil ki, məhz Türkiyənin nüfuzunu nəzərə alıb Rusiya siyasi və hərbi rəhbərliyi bir sıra məsələləri məhz Türkiyə tərəfi ilə diplomatik və rəsmi görüşlər vasitəsi ilə həm müzakirə edir, həm də reallaşdırır. Şəxsi qənaətimə görə də, Rusiya Türkiyəyə qarşı hər hansı bir hərbi addımı da heç vaxt ata bilməz və bunu bədəlinin nə ilə nəticələnə biləcəyini onlar çox yaxşı anlayırlar. Əlbəttə, Suriyanın həm keçmiş SSRİ ilə, həm də hazırda Rusiya Federasiyası ilə möhkəm əlaqələri mövcud olub və var. Rusların bu ölkədə hərbi bazaları mövcuddur. Ona görə də, Suriyada hakimiyyətin dəyişməsi əsla Rusiyaya sərf etmir və onlar çalışırlar ki, Əsəd rejimi orada uzun illər fəaliyyətini davam etdirsin”. Ekspertin dediyinə görə, bu qədər günahsız insanın ölməsi, gözəl Suriya şəhərlərinin xarabazarlığa çevrilməsi və digər işlər rusları o qədər də maraqlandırmır və ya narahat etmir: “Təki onların maraqlarına zərbə dəyməsin. Ona görə də onlar indi ayılıblar ki, Suriyada İŞİD və onun əlaltıları vəziyyəti dəyişmək istəyirlər. Hələ üstəlik də müxalif qüvvələr də bir yandan Rusiyanın maraqlarını zərbə altına alır. Ona görə də indi rəsmi Moskva Suriya ilə bağlı hərəkətə keçib. Türkiyənin də Suriya ilə bağlı bəzi addımları rusları qane edir. Əlbəttə ki, bu siyasətdə bəzi dəyişikliklər etmək lazımdır. Amma, düşünmürəm ki, Türkiyə öz maraqlarından və regionu narahat edən məsələlərdən vaz keçsin. İstənilən halda Rusiya da Türkiyə kimi nəhəng bir gücü itirmək, onunla konfliktə getməz istəməz”.   Cavad





Həftənin ən çox oxunanları