Yuxarı

 “Azərbaycan anti-İŞİD koalisiyasına qoşula bilər”

 “Azərbaycan anti-İŞİD koalisiyasına qoşula bilər”

Elxan Şahinoğlu“Azərbaycan anti-İŞİD koalisiyasında yer almalıdırmı? Parisdəki son partlayışlara baxmayaraq hələ ki, nə belə bir koalisiya formalaşıb, nə də bizdən virtual koalisiyaya qoşulmaq xahişi edilib”. Cebhe.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib.

E.Şahinoğlunun sözlərinə görə, hadisələr o qədər sürətlə inkişaf edir ki, böyük dövlətlərin İŞİD-ə qarşı ortaq mübarizə cəbhəsi açması uzaq perspektiv də deyil: “İllər öncəsi kimin ağlına gələrdi ki, Azərbaycan əsgəri və zabiti Əfqanıstan və İraqda peyda olacaq, oldu. Gələcəkdə İŞİD-ə qarşı mübarizədə Azərbaycandan yenə sülhməramlı qüvvələrin tərkibində yer alması xahiş oluna bilər. Biz beynəlxalq aləmin bu xahişinə də "yox" deyə bilmərik. Birincisi, bizə bunu Azərbaycanın bölgədə oynadığı rol diktə edir, ikincisi, İŞİD məmləkətimiz üçün də getdikcə təhlükə mənbəyinə çevrilir. Terrorçuların sırasında savaşan azərbaycanlıların nə planladıqlarını bilmək üçün böyük dövlətlərlə kəşfiyyat xəbərləşməsinə ehtiyacımız var. Böyük ölkələr isə təmənnasız bizimlə xəbərləşməyəcəklər. Azərbaycanın da əlini daşın altına oymasını təklif edəcəklər”.

Mənsur





Həftənin ən çox oxunanları