Yuxarı

Ermənilərin cavab tapmadığı sual

Ermənilərin cavab tapmadığı sual

Aydın Ağayev:  “Rusiya-Türkiyə  münasibətlərindəki  kardinal dəyişikliklər yaxşılığa doğru atılan  bir addımdır”

Ermənistan mediası Türkiyə ilə Rusiya arasında əldə olunmuş barışığın perspektivlərini araşdırır. Verelq.am saytına müsahibə verən şərqşünas Aleksandr Knyazev erməniləri əmin edərək bildirib ki, Türkiyə ilə Rusiya arasındakı anlaşma imitasiya xarakteri daşıyır və uzun müddət davam edə bilməz. Onun fikrincə, həm Türkiyəyə, həm də Rusiyaya bu yaxınlığı nümayiş etdirmək üçün lazımdır. Prezident Ərdoğan üçün bu gediş Avropa və ABŞ-la münasibətlərin yüksəlməsinə gətirib çıxarıb. Bu barışıq Moskvaya isə Qərbin sanksiyalarını yarmaq üçün lazımdır.

Eyni zamanda, hər iki ölkənin iqtisadiyyatında itkilər var və “Türk Axını”, “Akkuyu” AES kimi layihələrin icrasını bərpa etmək hesabınabu problemi aradan qaldırmağa çalışacaq. Ancaq erməniləri Türkiyə-Rusiya razılaşmasının Cənubi Qafqazdakı proseslərə təsiri ehtimalı daha çox maraqlandırır. Sözügüdən siyasi barışığın Dağlıq Qarabağ probleminə müsbət təsir edə biləcəyinə dair proqnozlar İrəvanda birmənalı qarşılanmır. Bunun nə nə qədər mümkün olacağını demək çətindir. Erməniləri daha çox narahat edən, Türkiyənin regionda təsir dairəsinin artmasıdır.

Politoloq Aydın Ağayevin sözlərinə görə, ermənilər Türkiyənin Rusiya ilə münasibətlərinin pozulmasında daha çox maraqlıdır: “Türkiyə ilə Rusiyanın əlaqələri kəsiləndə ermənilər bu xəbəri çox sevinclə qarşıladılar və hətta Rusiyanı Türkiyəyə qarşı müharibəyə səsləyirdilər. Təbii ki, hadisələrin belə gedişi Azərbaycan üçün ziyanlı idi. Yaranmış vəziyyət dağlıq Qarabağ probıeminin həlli ilə bağlı danışıqlar prisesinə də mənfi təsir göstərirdi. İndi bunun əksini müşahidə edirik. Bütün pərdəarxası məqamlara baxmayaraq, fakt faktlığında qalır. Əgər biz bu münasibətlərin yaxşılaşmasının faydalı olduğunu deyiriksə, bu reallığı əks etdirir. Biz bilirik ki, Ermənistan regionda hansı dağıdıcı prosesləri idarə edir və bulanıq suda “balıq tutmaq” istəyir. Bunu Ermənistanın regiondakı digər qonşu ölkələrlə münasibətlərində də görmək mümkündür. İndiki situasiya Ermənistanı razı sala bilməz və ona görə də prosesi pozmaq üçün nə isə edəcəklər. Amma geopolitikanın maraqlar üzərində qurulan çox sərt gerçəklikləri var. O, Ermənistanın xoşuna gəlməyə bilər. Bu mənada hesab edirəm ki, Rusiya-Türkiyə münasibətlərindəki kardinal dəyişikliklər yaxşılığa doğru atılan bir addımdır”. “Türkiyə ilə yaxınlaşma Ermənistanda Rusiya əleyhinə etiraz aksiyalarının yenidən başlanmasına səbəb ola bilərmi” sualına cavabında Aydın Ağayev bildirdi ki, əvvəlki aylarda da baş vermiş nümayişlər Serj Sarkisyan hakimiyyəti tərəfindən təşkil olunub. Rusiya da bu barədə məlumatlı olub.  Siyasi analitik hesab edir ki, ermənilər hazırkı şəraitdə Rusiya əleyhinə kütləvi etirazlara qalxslar da bu, heç nəyi dəyişməyəcək. Rusiyanın öz maraqları var. Ermənistan isə Rusiya ilə bir hərbi blokda müttəfiq olsa da, bundan öz maraqları üçün yararlanmağa çalışır. Erməni xüsusiyyəti belədir ki, hər bir situasiyadan maddi mənfəət götürmək istəyirlər”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları