Yuxarı

30 il geriyə

30 il geriyə

Ölüm hökmü bərpa edilir

Asim Mollzadə: “Təəssüf edirəm ki, Türkiyədə bu məsələ yenidən müzakirə olunur”

Rafiq Daşdəmirli: “Ölüm hökmünün bərpası ürəkaçan məsələ deyil”

Yaxın günlərdə Türkiyə Konstitusiya Şurası dövlət çevrilişinə cəhddən sonra ölüm hökmünün tətbiqi məsələsinə baxacaq. Bu barədə Türkiyənin baş naziri Binali Yıldırım bildirib. Baş nazirin sözlərinə görə, islamçı inqilab tərəfdarı Güləni dəstəkləyən dövlətlər Türkiyənin düşməni hesab ediləcəklər. Sözügedən məsələylə bağlı danışan TBMM-nin Hüquqi işlər üzrə komissiyasının rəhbəri Əhməd İyimaya da bildirib ki, ölüm hökmü qadınlara qarşı zorakılıq, eləcə də xüsusi amansızlıqla cinayətlər törədildiyi hallarda tətbiq oluna bilər. Qeyd edək ki, Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv edilib. Lakin bu cəza növü 1986-cı ildən tətbiq edilmir.

Ölüm hökmünün qaytarılması doğru hesab edilə bilərmi? Bu nə dərəcədə gərəkli addımdır?

Əgər ölüm hökmüqüvvəyə minərsə, edam hökmü də gündəmə gələ bilər. Edam həmdə şəriət məsələsidir, Türkiyədə islami dövlət olmaqla yanaşı, həm də dünyəvi dövlətdir. Hüquqi dəyişiklik etmək düzgündürmü?

Məsələyə münasibət bildirən Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü Asim Mollazadə “Cümhuriyət”ə bildirib ki, ölüm hökmünün və yaxud da istənilən cəzanın sərtləşməsi heç vaxt cinayətin qarşısını almayıb: “Avropa Şurası və Avropa İttifaqı ölkələrinin hamısı ölüm hökmünü ləğv edib. Həmçinin Türkiyə Avropa Şurasının üzvü və Avropa İttifaqına namizəd kimi ölüm hökmünü ləğv edib. Azərbaycan da Avropa Şurasına üzv olduqdan sonra ölüm hökmünü ləğv edib. Bu dəyişiklik ümumi cinayətlərin mövcudluğu ilə cəmiyyətdə humanist dəyərləri artırmağa gətirib çıxarır. Buna görə çox təəssüf edirəm ki, Türkiyədə bu məsələ yenidən müzakirə olunur. Bu dəyişiklik hətta konstitusiyaya da salınmalıdır. Biz Türkiyəni Avropa mühitində demokratik, müasir bir ölkə kimi görmək istəyirik. Ona görə də mən şəxsən bu qərardan təəccübləndim”. Deputatı qeyd edib ki, Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün qurduğu dünyəvi dövlətdir: “Onun üçün hansısa şəriət qanunları əsasında hüquqi dəyişikliklər edilməyini düzgün hesab etmirəm. Dini, hüquqi amillərin dünyəvi konstitusiyada mövcudluğu qəbuledilməzdir”.

AXCP funksioneri Rafiq Daşdəmirli “Cümhuriyət”ə bildirib ki, Fətullah Gülən islami inqilabçı deyil, sadəcə, inqilabçıdır və onun dinlə öz maraqlarından başqa heç bir əlaqəsi yoxdur:

“Fikrimcə, ölüm hökmünün gündəmə gətirilməsi bundan sonra baş verə biləcək hadisələrin iştrakçılarını öz fikirlərindən çəkindirməkdir. Edam şəriət məsələsi olsa da, bildiyimiz kimi, Türkiyə dünyəvi dövlətdir. Dünyanın elə ölkələri var ki, orda ölüm hökmü mövcuddur və bunların içərisində demokratiya beşiyi sayılan ABŞ-da yer alır. Düşünmürəmki, Türkiyədə bu çevriliş olayında həbs olunanlar edam etsin. Bizlər qardaş Türkiyədə baş verən əsgəri çevrilişi pisləyirik və həmişədə türk millətinin və dövlətinin yanında olduğumuzu vurğulayırıq. Ölüm hökmü ürək açan qərar deyil. Əgər türk xalqı ölüm hökmünü dəstəkləyərsə, bizlər də onların istəyinə hörmətlə yanaşarıq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları