Yuxarı

“Qafqaz 2016”: Rusiya böyük müharibəyə hazırlaşır

“Qafqaz 2016”: Rusiya böyük müharibəyə hazırlaşır

Sarsıdıcı zərbə planı iki istiqamətdən həyata keçiriləcək

Rusiya Ukraynaya qarşı böyük mühariyə hazırlaşır.

Cebhe.info xəbər verir ki, Polşanın “Gazeta Wyborcza” nəşri Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələrə istinadən sensassion açıqlama yayıb. Mənbə bildirir ki, Moskva Ukrayna ilə sərhəddə 200 000 hərbçi, raket qurğuları və təyyarələr yerləşdirir. “Kreml genişmiqyaslı müharibəni istisna etmir”,-deyə adıçəkilən nəşrin əməkdaşları Vatslav Razdivinoviç, Pyotr Andryuseko yazır.

“İlin sonuna qədər Rusiya Federasiyasının silahlı qüvvələri 4000-ə yaxın təlim keçirəcəklər. Ötən həftə müdafiə nazirinin müavini, general Dmitri Bulqakov belə məlumat verib. Avqustun 15-də “Qafqaz-2016” adı altında başlanacaq təlimlərə Ukraynanın sərhəddi yaxınlığındakı Cənub Hərbi Dairəsinin material-texniki təminat sistemi cəlb olunacaq. Təlimlərin məqsədi bir neçə hərbi bazanın döyüş vasitələri, hərbi geyimlə ahəngdar təminatını yoxlamaq, ehtiyatda olanların komanda sırası bölmələri üzrə sınaqdan keçirilməsindən ibarətdir”. Ötən çərşənbə günü isə müdafiə naziri Sergey Şoyqu Rusiyanın Ukrayna ilə sərhəddə öz potensialını mümkün qədər artırdığını deyib. O bildirib ki, NATO və Ukrayna tərəfindən artan təhlükə ilə əlaqədar Cənub Dairəsi üzrə 4 diviziya və 9 briqadadan ibarət ordu formalaşdırılıb. Onların tərkibində bəzi briqadalar iki ədəd “İskəndər” raketi ilə təmin olunub. Sahil müdafiəsi “Bastion” və “Bal” raket kompleksləri, həmçinin S-400 “Triumf” hava hücumundan müdafiə kompleksləri ilə genişləndirilib.

Şoyqunun verdiyi məlumata görə, Cənub Hərbi Dairəsi son iki ildə 4000 ədəd yeni döyüş maşını, təyyarələri və raket qurğuları alıb.

Məsələni şərh edən hərbi ekspert Viktor Muraxovski isə bildirib ki, Viktor Şoyqu Ukrayna sərhədinə 4 diviziya cəmləşdirilməsi barədə fikir söyləməklə ictimaiyyəti aldadır. Yalnız iki yeni diviziya mümkün ola bilər. Bunlar “150-ci İdris-Berlin Atıcı Diviziyası” və Krımda yerləşdirilmiş “S-400” Hava Hücumundan Müdafiə Kompleksidir. Digər ikisi köhnədən qalma hava diviziyalarıdır. Onlar da 2008-ci ildə Anatoli Serdyukovun islahatı nəticəsində aviasiya bazasına çevriliblər. İndi ordunu Qərb nümunəsinə uyğun şəkildə modernləşdirib islahataqədərki statusunu özünə qaytarırlar.

“Bəs Rusiya özünün Ukrayna cəbhəsini necə formalaşdırır?” sualına “Vedomosti” qəzetində hərbi ekspert Ruslan Puxov belə cavab verib: “Ukrayna sərhədinin yaxınlığında 1 il əvvəl təşkil olunmuş tank qoşunları qvardiyasının bölmələri yerləşib. Cənubda Rusiya 20-ci ordunu təşkil edir. Həmçinin bu regionda daha bir ordunun təşkili planı var. Bütün bu tədbirlərin mənası aydındır. Ukrayna ilə üç il öncə heç bir ordu olmayan sərhədində Rusiya tərəfindən üçgüclü qrup formalaşdırılır. Zərurət yaranacağı təqdirdə şimaldan, Rusiya sərhədindən Çerniqovdan keçməklə 270 km məsafədə Kiyev istiqamətində sarsıdıcı zərbə endirmək. Cənubdan isə Ukrayna ordusunun əsas hissəsinin Levoberejyedə əhatəyə alıb strateji cəhətdən mühasirəyə sala biləcək iki ağır “kəlbətin” qurulub ”,-ekspert belə deyir.

Rusiya Müdafiə Nazirliyinin buraxılışı olan “Müstəqil Hərbi İcmal” nəşri yazır ki, Rusiya böyük müharibə ehtimalını istisna etmir: “Ukrayna Rusiyanın strateji rəqibi olaraq qalır. Ona görə də Moskvada sərhədi daim ordunun fəaliyyəti ilə möhkəm, hazır saxlamaq barədə düşünürlər. Hətta cənubdan, Belarus sərhədinin yaxınlığından öz qüvvəsini möhkəmləndirir.

Ötən ilin ortalarında Smolensk tərəfdə xidmətə başlayan 144-cü, yeni motoatıcı diviziya xidmətə başlayıb. Onun tərkibinə tank alayı, üç motoatıcı alay, artilleriya, raket alayı və hava hücumundan müdafiə alayı, ümumiyyətlə 10 000 hərbçi daxildir ”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları